Accessibility links

Bakıda “Cənub Qaz Dəhlizi” Məşvərət Şurasının iclası olacaq


Cənub qaz dəhlizi layihəsi
Cənub qaz dəhlizi layihəsi

Fevralın 23-də Bakıda “Cənub Qaz Dəhlizi” Məşvərət Şurası çərçivəsində keçiriləcək görüşdə kəmərin keçəcəyi ölkələrin energetika, iqtisadiyyat, xarici işlər nazirləri, beynəlxalq maliyyə qurumlarının, koorporasiyaların rəhbərləri və ABŞ dövlət katibinin enerji diplomatiyası üzrə köməkçisinin müavini Robin Danniqan, Avropa Komissiyasının enerji birliyi üzrə vitse-prezidenti Maroş Şevçoviç iştitrak edəcək.

Azərbaycan Energetika Nazirliyinin mətbuat xidmətinin məlumatına görə, “Cənub Qaz Dəhlizi”nin Məşvərət Şurasının III iclası açılış mərasimi və salamla nitqlərindən sonra dörd plenar sessiya üzrə davam edəcək.

Birinci sessiyada “Cənub Qaz Dəhlizi” layihəsinin bütün seqmentləri üzrə görülmüş işlərə dair hesabatlar diqqətə çatdırılacaq. Maroş Şevçoviç və energetika naziri Natiq Əliyevin moderatorluğu ilə keçirilən ikinci plenar sessiyada layihəyə cəlb edilmiş ölkələrin nazirlərinin çıxışları nəzərdə tutulub. Üçüncü plenar sessiya “Global enerji bazarının dəyişən trendləri fonunda CQD-nin maliyyələşdirilməsi” mövzusuna həsr olunub.

Dördüncü hissədə “Cənub Qaz Dəhlizi” layihəsinin genişləndirilməsi perspektivləri, İAP istiqaməti üzrə məruzələr dinləniləcək.

Yekun olaraq “Cənub Qaz Dəhlizi” Məşvərət Şurası çərçivəsində nazirlərin görüşünün iştirakçıları tərəfindən “Birgə Bəyannamə”nin imzalanması planlaşdırılır.

Daha sonra energetika naziri Natiq Əliyev, Avropa Komissiyasının enerji birliyi üzrə vitse-prezidenti Maroş Şevçoviçin iştirakı ilə mətbuat konfransının keçirilməsi nəzərdə tutulub.

Xatırladaq ki, “Cənub Qaz Dəhlizi”nin Məşvərət Şurasının ilk iclası 2015-ci il fevralın 12-də, ikinci iclası iötən il fevralın 29-da keçirilib.

XS
SM
MD
LG