Accessibility links

Qazaxıstanın cənubundakı hərbi hissədə partlayış. Sakinlər təxliyə edilir 


Qazaxıstanın 40 mindən çox insanın yaşadığı Arıs şəhərində yerləşən Müdafiə Nazirliyinin hərbi hissəsində hərbi sursatın partlayışı olub.

Rəsmi məlumatlara görə, tələfat və xəsarətlər yoxdur. Müdafiə Nazirliyi bildirir ki, sursatların birinin alışması digər hərbi sursatların partlayışına səbəb olub. Azadlıq Radiosunun müxbiri bildirir ki, Otrar rayonunun Şaulder kənd xəstəxanasında Arısdan 30 nəfərə yardım göstərilib. Şimkənd şəhərinin 1 nömrəli xəstəxanasına 10-a yaxın insan çatdırılıb. Onlardan 3-ü reanimasiyadadır.

Azadlıq Radiosu bildirir ki, yerli rəsmilər sakinlərin təxliyəsini elan ediblər.

2009-cu ilin mart ayında Arıs şəhərindən 2 kilometr aralıda yerləşən və Müdafiə Nazirliyinin hərbi hissəsi yaxınlığındakı elmi-istehsal müəssisəsində partlayıcı maddələrin alışması nəticəsində hərbi sursatların partlayışı baş vermişdi. O zaman 2 nəfər həlak olmuşdu.

XS
SM
MD
LG