Accessibility links

Qazaxıstanın hərbi təyyarəsi qəzaya uğrayıb, dörd nəfər ölüb


Şənbə günü Qazaxıstanda hərbi təyyarənin qəzqya uğraması nəticəsində azı dörd nəfər həyatını itirib. Bu barədə Qazaxıstan hoküməti məlumat yayıb.

Ölkənin Fövqəladə Hallar Nazirliyi bildirir ki, An-26 hərbi nəqliyyat təyyarəsi dumanlı hava şəraitinə Qazaxıstanın ən böyük şəhəri Almatıda hava limanına enərkən qəzaya uğrayıb.

Rəsmilər deyir ki, təyyarə paytaxt Nur-Sultanda havaya qalxıb və enişə keçməyə başladığı zaman Sovet İttifaqında istehdal olunan təyyarə ilə komunikasiya kəsilib. Onlar təyyarənin uçuş-rniş zolağının sonunda qəza etdiyini əlavə edib.

Rusiyanın İnterfaks xəbər agentliyinin məlumatına görə, Təyyarə Qazaxıstanın Milli Təhlükəsizlik Komitəsinin nəzdində fəaliyyət göstərən sərhəd mühafizə idarəsinə məxsus olub.

Qəza əsnasında təyyarədə yalnız altı ekipaj üzvü olub. .

Qəzanın mümküm səbəbləri ilə bağlı hələ ki, məlumat yoxdur.

XS
SM
MD
LG