Accessibility links

Qazaxıstan hökumətini tənqid edən bloger psixiatrik xəstəxanada saxlanıb


Qazaxıstan blogeri Aygül Utepova sosial şəbəkələrdə hökumətə qarşı tənqidi yazılarını yazdıqdan sonra “müayinə edildiyi” deyilərək, təxminən üç həftədir psixiatriya klinikasında saxlanıb.

Qazaxıstanın paytaxtı Nur-Sultan məhkəməsinin onun klinikaya köçürülməsi qərarını verməsindən əvvəl həm Facebook səhifəsində, həm də YouTube kanalında 8000-dən çox təqibçisi olan Utepova və qızı sentyabr ayından bəri ev dustaqlığında idi.

2018-ci ilə qədər NewTimes.kz xəbər agentliyində işləyən 50 yaşlı jurnalist “ekstremist bir təşkilatda iştirak etməkdə” günahlandırılıb.

Blogerin qızı Toqjan Tüzel Amerikanın Səsinə deyib ki, onun fikrincə, rəsmilər Utepovanı sosial mediada Qazaxıstanın Demokratik Seçimi (DVK) və Koşə Partiyası (Küçə Partiyası) kimi tanınan müxalifət hərəkatları barədə şərhlər verdiyinə və onlarla bağlı məqalələr dərc etdiyinə görə cəzalandırılır.

"Qazaxıstanda hər il sosial mediada dinc şəkildə danışdıqları və kiçik küçə mitinqlərində iştirak etdikləri üçün yüzlərlə insanın ekstremizm və terrorizm ittihamı ilə təqib edilmələri normal deyil" - deyən Tüzel onlarla fəalın anası ilə eyni cinayət ittihamları ülə üzləşdiyini bildirib.

Tüzel dekabrın 11-də klinikadan çıxmasından iki gün əvvəl məhkəmənin Utepovanın ev dustaqlığının yanvarın 17-dək uzatdığını deyib.

Qazaxıstanda ifadə azadlığı ciddi şəkildə məhdudlaşdırılır. Belə ki, hökumət onu tənqid edənləri və ya islahat çağırışları edən siyasi hərəkatları hədəf almaq üçün onlara qarşı ekstremist qruplara qatılma və ya dəstəkləmə kimi ittihamlardan istifadə edir.

Ölkə Sərhədsiz Reportyorların Mətbuat Azadlığı İndeksində 180 ölkədən 157-ni tutur.

XS
SM
MD
LG