Accessibility links

Qazaxıstan prezidenti etirazları çevriliş cəhdi kimi qiymətləndirib


Qazaxıstan prezidenti Kasım Jomart Tokayev bazar ertəsi keçmiş Sovet İttifaqından müstəqillik əldə etdikdən bəri baş verən şiddətli iğtişaşlardan sonra ölkəsində “vahid mərkəz” tərəfindən təşkil edilən dövlət çevrilişi cəhdinin qarşısının alındığını bəyan edib.

“Aydın oldu ki, son etirazların əsas məqsədi konstitusiya quruluşunu sarsıtmaq və hakimiyyəti ələ keçirmək idi” - deyə, o bildirib.

Tokayev Avro-Asiyanın hökumətlərarası hərbi alyansı olan Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının virtual sammitində çıxış edib.

Sammitdə iştirak edən Rusiya lideri “Əlbəttə biz başa düşürük ki, Qazaxıstanda baş verənlər dövlətlərimizin daxili işlərinə kənardan müdaxilə etmək üçün nə ilk, nə də sonuncu cəhd deyil“ deyib.

Bazar ertəsi ölkədə iğtişaş qurbanlarının xatirəsinə matəm günü elan edilib.

Qazaxıstan rəsmiləri keçən həftə etirazlarda öldürülən 164 nəfər arasında dörd yaşlı qız uşağının da olduğunu bildirib. Rəsmilər 5800 nəfərin saxlanıldığını bildirib.

Etirazları dayandırmaq üçün prezident Qasım-Jomart Tokayevin etirazçılara “öldürmək üçün atəş aç“ əmri təhlükəsizlik qüvvələrinə xəbərdarlıq etmədən atəş açmağa imkan verib.

Keçmiş sovet respublikasının lideri, həmçinin nümayişlərin yatırılması üçün Rusiyadan və onun prezidenti Vladimir Putindən yardım istəyib. Rusiya və Avrasiya hökumətlərarası hərbi ittifaqı olan Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının üzvləri buna qoşun göndərməklə cavab verib.

Etirazlar yanacağın qiymətinin qalxmasına görə olsa da, əsas səbəb ölkənin avtoritar idarəçiliyindən narazılıq olub.

ABŞ Dövlət katibi Antoni Blinken bazar günü ABC televiziya kanalının “This Week” proqramına müsahibəsi zamanı “Qazaxıstan qanunu və asayişi qorumaq, dövlət institutlarını müdafiə etmək qabiliyyətinə malikdir və dinc nümayişçilərin tələb etdiyi iqtisadi və bəzi siyasi narahatlıqları onların hüquqlarına hörmət etməklə həll edə bilərdi“ deyib.

Nümayişlər Tokayevi kabinetini və sələfi, keçmiş prezident Nursultan Nazarbayevi ölkənin Təhlükəsizlik Şurasının rəhbəri vəzifəsindən azad etməyə vadar edib. Nazarbayev ölkəyə 1990-cı ildə Sovet İttifaqından müstəqillik əldə etməsindən 2019-cu ilə qədər rəhbərlik edib.

Hökumət keçmiş Milli Təhlükəsizlik Komitəsinin rəhbəri Kərim Məsimovun dövlətə xəyanətdə şübhəli bilinərək, həbs olunduğunu bildirib. Tokayev onu keçən həftə vəzifəsindən uzaqlaşdırana qədər 56 yaşlı Məsimov əks-kəşfiyyata cavabdeh olan komitəyə rəhbərlik edib.

Vaşinqtonda yerləşən Milli Müdafiə Universitetinin professoru Erika Marat “The New York Times” qəzetinə deyib ki, Tokayev “ölkəsinin suverenliyini Rusiyaya öz şəxsi gücü və kleptokratik elitalarının maraqları üçün dəyişib”.

Kreml şənbə günü ətraflı adlandırdığı söhbət zamanı Tokayevin Putinə iğtişaşlar barədə danışaraq vəziyyətin “sabitləşməyə doğru inkişaf etdiyini” bildirib.

ABŞ Dövlət Departamenti keçən cümə günü Almatıdakı konsulluqda Amerika hökumətinin fövqəladə əhəmiyyətli vəzifə yerinə yetirməyən işçilərinin və onların ailə üzlərinin könüllü şəkildə ölkəni tərk etməsinə icazə verib.

XS
SM
MD
LG