Accessibility links

Qazaxıstan fövqəladə vəziyyət rejimini aprelin sonunadək uzadacaq


Almatı, Qazaxıstan
Almatı, Qazaxıstan

Qazaxıstan koronavirusun yayılması ilə əlaqədar elan edilmiş fövqəladə vəziyyət rejimini aprelin sonunadək uzadacaq. Lakin bəzi müəssisələrin iki həftədən sonra yenidən açılmasına imkan veriləcək. Bu haqda cümə günü Prezident Qazım-Comərr Tokayev hökuməti bildirib.

Qazaxıstanın bütün böyük vilayət və şəhərlərini, eləcə də paytaxt Nur-Sultan və ən böyük şəhəri olan Almatıdakı bir çox müəssisələri bağlamağa imkan verən fövqəladə vəziyyət aprelin 15-də bitməli idi.

“We have not yet passed the peak of coronavirus infections,” Tokayev said.

"Biz hələ koronavirusa yoluxma hallarında pik nöqtəyə çatmamışıq," Tokayev bildirib.

O, eyni zamanda, məhdudlaşdırıcı tədbirlərin 9 milyon əhalisi olan keçmiş Sovet ölkəsinin əsas ixracat mənbəyi olan neftin qiymətinin düşməsi ilə onsuz da zəifləyən iqtisadiyyata vurduğu ziyandan bəhs edib.

Təxminən 1,7 milyon Qazaxıstan vətəndaşı hökumətin fövqəladə hal zamanı qazanc mənbəyini itirənlərə təklif etdiyi aylıq 95 dollar məbləğində yardım üçün müraciət edib. Bir çoxu bu pulu almaq üçün banklarda və poçt şöbələrində uzun növbələrə düzülüb.

Tokayev bələdiyyə orqanlarına göstəriş verib ki, ciddi təhlükəsizlik tələblərinə cavab verəcəkləri təqdirdə, böyük şəhərlərdəki bəzi kiçik müəssisələrin yenidən açılmasına icazə versin.

Çin və Rusiya ilə həmsərhəd olan Orta Asiya ölkəsində 802 koronavirusa yoluxma halı qeydə alınıb. Onlardan 9 nəfərin öldüyü və 63 xəstənin sağaldığı bildirilir. Hökumət yoluxanların ümumi sayının 3500-ü keçməyəcəyinə ümid etdiyini və aprel ayının ortalarında virusa yoluxanların ən yüksək həddə çatacağını gözlədiyini söyləyib.

XS
SM
MD
LG