Accessibility links

Qazaxıstanda onlarla nümayişçi həbs edilib


Qazaxıstan polisi çərşənbə günü qarşıdan gələn seçkilərə etiraz edən onlarla insanı həbs edib.

Nümayişçilər Qazaxıstanın ən böyük şəhəri Almatı və bu yaxınlarda adı Nur-Sultana dəyişdirilmiş şəhərində keçirilıb.

Yürüş uzun müddət ölkənin prezidenti olan və gözlənilmədən istefa verən Nursultan Nazarbayevi əvəzləmək üçün iyun ayında keçiriləcək seçkilərdə heç bir seçim olmamasına qarşı idi.

Etirazçılar ölkənin aparıcı partiyasının nominasiya etdiyi, Nazarbayevin yaxını, sabiq spiker Kassım Cömərt Tokayevin avtoritar hökumət yaradacağını deyərək, seçkiləri boykota çağırıb.

Nazarbayev Qazaxıstana Sovet dönmindən, 1984-cü ildən bəri başçılıq edib və bir çox qazax onu yeganə lider kimi tanıyıb.

Təbii enerji ilə zəngin bu ölkənin xaricə trilyonlarla dollar sərmayə qoymasına baxmayaraq, insan haqları fəalları zorakılıq hallarından və tolerantlığın az olmasından şikayət edir.

XS
SM
MD
LG