Accessibility links

Qazaxıstan prezidenti hökumət əleyhinə etirazlara "sərt" cavab verəcəyini deyib


Prezident Qasım-Jomart Toqayev deyib ki, hökumət əleyhinə nümayişlərin gücləndiyi fonunda Qazaxıstanın bir sıra böyük şəhərlərində etirazçılarla təhlükəsizlik qüvvələri arasında qarşıdurmaların baş verdiyi vaxt “mümkün qədər sərt davranmaq” niyyətindədir.

"Prezident kimi vətəndaşlarımızın təhlükəsizliyini və əmin-amanlığını qorumaq, Qazaxıstanın bütövlüyü üçün narahat olmaq mənim vəzifəmdir" - deyə, Toqayev enerji qiymətlərində kəskin artım, korrupsiya, işsizlik və aşağı maaşlar kimi məsələlərə görə qəzəblənən insanların ölkənin bir sıra şəhərlərində küçələrə çıxmasının ardınca polislə toqquşmalardan sonra bildirib.

Qazaxıstanın ən böyük şəhəri Almatıda rezin dəyənəklər, taxtalar və qalxanla silahlanmış yüzlərlə etirazçı yanvarın 5-də polisin gözyaşardıcı qaz, səsli qumbara və rezin güllələrdən istifadə etməsinə baxmayataq, bələdiyyə binasına basqın edib. Binada yanğın baş verib.

Qazaxıstanın "Zakon" xəbər saytının verdiyi məlumata görə, Almatıdakı binanın qarşısına toplaşan nümayişçilərin çoxunun əlində dəyənək və qalxan olub.

Bu həftə ölkənin qərbində maye qazın qiymətlərinin kəskin artmasına qarşı etirazlar başlayıb.

Etirazların Almatı və Qazaxıstanın paytaxtı Nur-Sultana da yayılmasından sonra hökumət istefa verib. Prezident Kasım-Jomart Tokayev gecə komendant saatı tətbiq emək və şəhərə girişi məhdudlaşdırmaqla, Almatıda fövqəladə vəziyyət elan edib.

İlin əvvəlində bir çox nəqliyyat vasitələrinin yanacağı üçün istifadə edilən maye qazın qiyməti təxminən iki dəfə artıb.

Etirazlarda minlərlə insan iştirak edib. Aksiyalar yanvarın 2-də maye qaz üçün maksimum qiymət məhdudiyyətlərinin ləğv edildiyi gündən başlayıb.

Qazaxıstanın şimal-qərbində yerləşən Aktobe şəhərində yanacağın bahalaşmasına etiraz edən avtomobil sürücüləri polis kordonunu yarıb və şəhər bələdiyyəsi binasına doğru yürüş edib. Etirazçılar qazın qiymətinin endirilməsini tələb edib. Keçmiş prezident Nursultan Nazarbayevin siyasətdən geri çəkilməsini tələb edən şüarlar da olub.

Ölkənin qərbində Qazaxıstanın neft sənayesinin mərkəzi sayılan Janaozen şəhərində də etiraz aksiyaları keçirilib. 2011-ci ildə burada müstəqil Qazaxıstan tarixində etirazçılarla asayiş qüvvələri arasında qanlı toqquşmalar baş verib. Bu toqquşmalarda onlarla insan həyatını itirib.

Şərhlərə bax

Dünyaya Baxış

Dünyaya Baxış. ABŞ dövlət katibi Antony Blinken Ukraynaya rəsmi səfər edib
please wait

No media source currently available

0:00 0:11:56 0:00
XS
SM
MD
LG