Qazaxıstanda parlament seçkiləri keçirilir.
Mərkəzi Seçki Komissiyası bildirib ki, 10 yanvar saat 14.00-a olan məlumata görə, seçicilərin 43.9 faizi səsvermədə iştirak edib.
MSK-ya görə, ən yüksək seçici fəallığı Cambul bölgəsində (55.1%) ən aşağı seçici Almatı şəhərində (21,9%) müşahidə edilir. Eyni saata Nur-Sultanda olan seçici fəallığının 37 faiz olduğu vurğulanır.
İlkin seçki nəticələrinin MSK tərəfindən Nur-Sultan vaxtı ilə saat 22: 00-da təqdim ediləcəyi gözlənilir.
Verilən məlumatlara görə, parlament seçkilərində hakimiyyətə yaxın olan beş siyasi partiya iştirak edir.
Seçki günü hökuməti tənqid edən bir neçə qrup etiraza cəhd edib. Etirazçılar arasında həbs olunan və cərimələnənlərin olduğu deyilir.
Müstəqil müşahidəçilər hakimiyyət tərəfindən görünməmiş təzyiqlərin olduğunu bildirir. Xəbər verilir ki, bazar günü ölkənin ən böyük şəhəri olan Almatıda polis Respublika Meydanına yaxınlaşan ən azı 31 nəfəri saxlayıb.
Yerli medianın yazdığına görə, seçkilərin müxalifət qüvvələrinin iştirakı olmadan keçirilməsinə etiraz etdiyi üçün başqa şəhərlərdə də saxlanılanlar var.