Accessibility links

Qazaxıstanda hakim partiyanın qurultayı günü kütləvi həbslər


Fevralın 27-si Qazaxıstanın paytaxtı Astanada prezident Nursultan Nazarbayevin iştrakı ilə hakim “Nur Otan” partiyasının qurultayı keçirilib. Polis Astana və Alma-Atada şəhərin mərkəzinə gəlmiş onlarla şəxsi, Qazaxıstanın şimalında Janaozendə isə Azadlıq Radiosunun qazax şöbəsinin jurnalistlərini həbs edib.

Saxlanmalar əsasən “Nur Otan”ın qurultayının keçirildiyi Azadlıq Sarayı yaxınlığındakı meydanda olub. Fevralın 27-si polislər sarayın qarşısına toplaşmış şəxsləri dağıdaraq, onlarla insanı həbs edib. Nastoyaşeye Vremya müxbirinin məlumatına görə, onların əllərində heç bir şüar olmayıb və onlar heç bir tələb irəli sürməyib.

​Həbslərdə polis xüsusi qüvvələri iştirak edib.

“Nur Otan”ın Alma-Atadakı şöbəsinin yaxınlığında da onlarla insan yığışıb. Binanın kənarında polis əməkdaşları və mülki geyimli şəxslər düzülüb. Daha sonra saxlanılan şəxslər xüsusi olaraq gətirilmiş avtobuslara mindirilərək, güman edildiyi kimi Alma-Ata rayonunun polis idarəsinə aparılıb.

Jurnalist və hüquq müdafiəçisi Serqey Duvanov bugünkü həbsləri “Konstitusiyanın əsas prinsiplərinin tapdalanmasının bazir nümunəsi” adlandırıb.

“Heç kəs vətəndaşların dinc şəkildə küçəyə çıxmasının qarşısını ala və ya buna görə onları həbs edə bilməz”, o deyib.

Daha əvvəlki kütləvi həbslər 2018-ci il dekabrın 16-sı Qazaxıstanın Müstəqillik günündə və iyun ayında olub.

XS
SM
MD
LG