Accessibility links

Qazaxıstanda müxalifət mitinqləri keçirildi


Qazaxıstanın iki iri şəhərində - Almatı və Nur-Sultanda demokratikləşdirmə uğrunda mitinq keçirildi. Mitinq hökumətlə razılaşdırılmışdı. Daha öncə Almatı şəhərinin icra hakimiyyəti tədbirin təşkilatçılarının mitinq keçirilməsi ilə bağlı müraciətlərinə 30 dəfə “yox” deyiblər.

Mitinqdə bir neçə yüz insan iştirak edib. İştirakçılar askiyaların icazə yox, bildiriş əsasında keçirilməsi tələbləri, eyni zamanda konstitusiya islahatları və ölkənin demokratikləşməsini tələb edirdilər.

Azadlıq Radiosunun qazax xidmətinin müxbirlərinin bildirdiyinə görə, mitinqin keçirilməsi nəzərdə tutulan yerdə artıq səhər saatlarında onlarla polis var idi. Yaxınlıqda isə xidmət mikroavtobusları saxlanılmışdı. Aksiyadan sonra saxlanılanlar olmayıb.

Nur-Sultan şəhərində mitinqə təxminən 100 adam çıxmışdı. Bu aksiyada qubernatorların və hakimlərin seçilməsi sisteminin yenidən baxılması, tikinti sahəsində problemlərin həlli, çoxuşaqlı ailələrin daha öncə söz verildiyi kimi paytaxtda evlərlə təmin edilməsi tələbləri irəli sürülürdü. Nümayişçilər həmçinin Qazaxıstan hakimiyyətindən etnik qazaxların siyasi tərbiyə düşərgələrinə yerləşdirildiyi Çinə təzyiq göstərmək tələb edirdilər.

İyunun əvvəlində Qazaxıstanda növbədənkənar prezident seçkiləri keçirildi və ölkənin sabiq prezidenti Nursultan Nazarbayevin davamçısı Kasım-Jomart Tokayev həmin seçkilərdə qalib gəldi. O zaman bir neçə gün ərzində insanlar razılaşdırılmamış aksiyalara çıxaraq, seçkilərin boykotuna çağırış, seçkilərin ədalətli keçirilməsini, daha sonra isə nəticələrin yenidən hesablanmasını tələb edirdilər.

Daxili İşlər Nazirliyinin məlumatına görə, 9-12 iyun tarixlərində Almatı və Nur-Sultan şəhərlərində saxlanılanların sayı 4 mindən çox olub. Onlardan min nəfərdən çoxuna inzibati cəza tətbiq edilib, 600-dən çoxu isə həbs edilib.

XS
SM
MD
LG