Accessibility links

Qazaxıstanda prezident seçkisi günü yüzlərlə insan saxlanılıb [Video]


Qazaxıstan polisi paytaxt Nur-Sultanda prezident seçkisinin keçirildiyi gün hökumət əleyhinə nümayiş keçirən etirazçıları saxlayır, 9 iyun, 2019.
Qazaxıstan polisi paytaxt Nur-Sultanda prezident seçkisinin keçirildiyi gün hökumət əleyhinə nümayiş keçirən etirazçıları saxlayır, 9 iyun, 2019.

Qazaxıstanda polis ölkə boyu prezident seçkisində səsvermə keçirildiyi zaman onlarla etirazçını saxlayıb. Seçkidə ölkəni uzun müddət idarə etmiş keçmiş prezidentin seçdiyi xələfinin asanlıqla qələbə əldə edəcəyi gözləilir.

Yüzdən artıq etirazçı Qazaxıstanın ən böyük şəhəri olan Almatının Astana meydanında keçmiş avtoritar prezident Nursultan Nazarbayevin seçdiyi xələfi Qasım Jomart Tokayev və hökumət tərəfindən təsdiq edilmiş altı namizədin iştirak etdiyi seçkiləri boykot etməyə çağırıb. Etirazlar “Tokayev mənim prezidentim deyil” şüarı altında keçirilir. Aksiya iştirakçıları seçkilərin ədalətli və azad olmadığını bidlirir.

​Bir neçə xarici jurnalist, o cümlədən Azadlıq Radiosunun müxbiri Pyotr Trotsenko da Almatıda saxlanılanlar arasında olub.

Almatıda təhlükəsizlik tədbirləri gücləndirilib, Astana Meydanı və digər yerlərdə onlarla polis işçisi yerləşdirilib.

Keçmiş prezidentin bu yaxınlarda adının verildiyi paytaxt Nur-Sultanda polis Gənclər Meydanı yaxınlığında etiraz aksiyası keçirən onlarla şəxsi və hadisəni işıqlandıran bir neçə jurnalisti saxlayıb. Azadlıq Radiosunun müxbiri Sania Toyken də paytaxtda saxlanılanlar arasındadır.

Qazaxıstan tarixində ilk dəfədir ki, Nursultan Nazarbayev namizəd kimi seçkilərdə iştirak etmir.

Ölkəni 30 ilə yaxın idarə etmiş 78 yaşlı Nazarbayev mart ayında vəzifəsindən getsə də, kifayət qədər gücə malikdir. Nazarbayevin hakimiyyətdən getməsidən sonra prezident səlahiyyətlərini parlamentin yuxarı palatasının spikeri Kasım-Jomart Tokayev icra edib.

Nursultan Nazarbayev Qazaxıstan hələ sovet respublikası olduğu zaman, 1990-cı il 24 apreldən rəhbərlik edib. O, Sovet İttifaqının süqutundan sonra, 1991-ci ildə artıq müstəqil Qazaxıstanın lideri seçilib.

Vətəndaş hüquqları müdafiəçiləri və tənqidçilər Nazarbayevi daimi olaraq dissident səsləri boğmaqda, qeyri-demokratik seçkilər və referendumlar keçirməkdə və opponentlərini susduqmaqda günahlandırıb.

XS
SM
MD
LG