Accessibility links

Qazaxıstanda təyyarə qəzaya uğrayıb: 12 nəfər ölüb


Otro ángulo del estado en que quedó el avión Fokker100 estrellado en Almaty, Kazijistán, el 27 de diciembre de 2019.

Qazaxıstan təyyarəsi cümə günü havaya qalxandan qısa müddət sonra qəzaya uğrayıb. Təyyarədə ekipaj üzvü daxil olmaqla 98 nəfər olub. Qazaxıstan rəsmilərinin bildirdiyinə görə, nəticədə azı 12 nəfər ölüb, 49 nəfər xəsarət alaraq xəstəxanaya yerləşdirilib.

Baş nazirin müavini Roman Sklyar deyib ki, qəzanın səbəbi hələ ki, məlum deyil, amma rəsmilər iki mümkün səbəbi araşdırır: pilot səhvi və texniki nasazlıq.

Bek Air-ə məxsus təyyarə Almatıda havaya qalxandan qısa müddət sonra beton hasara və iki mərtəbəli binaya çırpılıb. Almatı Beynəlxalq Hava Limanının məlumatına görə, təyyarə yerli vaxtla səhər saat 7:22-də düşməyə başlayıb.

Təyyarə daha öncə Astana adlanan paytaxt Nur-Sultana istiqamət edirdi.

Yerli rəsmilər ilk olaraq ölənlərin sayının 15 olduğunu söyləyib, lakin daha sonra Daxili İşlər Nazirliyi heç bir izahat vermədən ölənlərin sayının daha az olduğunu söyləyib. Nazirlik şərh istəyinə dərhal cavab verməyib. Hava Limanı Facebook səhifəsində yaydığı bəyanatda yazıb ki, qəza nəticəsidnə yanğın baş verməyib və xilasetmə əməliyyatları dərhal başlayıb.

Hadisə yerində 1000-ə yaxın insan axtarış və xilasetmə işləri aparıb. Almatıda hava açıq və soyuq olub.

Görüntülərdə təyyarinin önünün binaya çırpıldığı göstərilib.

Almatıda onlarla insan xəsarət alanlara qan vermək üçün yerli qan bankının önündə növbəyə dayanıb.

Təyyarənin orta ölçülərdə olan Fokker-100 təyyarəsi olduğu bildirilib. Onun 23 ildir istifadə olunduğu və son olaraq may ayında işlək olduğuna dair sertifikat aldığı deyilir. Təyyarəni istehsal edən şirkət 1996-cı ildə iflasa uğrayıb və ondan bir il sonra Fokker 100-ün istehsalı dayandırılıb.

Rəsmilərin sözlərinə görə, qəza ilə bağlı istintaqın davam etdiyi müddətdə Bek Air və Foker 100-üç uçuşları dayandırılıb.

2009-cu ildə Qazaxıstanın Air Astana hava yolu şirkətindən başqa bütün hava yolu şirkətləri beynəlxalq təhlükəsizlik standartlarına cavab vermədikləri üçün Avropa İttifaqında xidmət göstərmələrinə qadağan tətbiq olunub. Qadağa 2016-cı ildə qaldırılıb.

Şərhlərə bax

XS
SM
MD
LG