Accessibility links

Qazaxıstan Bakı-Tbilisi-Ceyhan boru kəmərinə qoşulacaq


Qazaxıstan Bakı-Tbilisi-Ceyhan boru kəmərinə qoşulacaq
Qazaxıstan Bakı-Tbilisi-Ceyhan boru kəmərinə qoşulacaq

Qazaxıstan ilk növbədə qonşular olmaqla, dünya bazarlarına enerji resurslarının təhlükəsiz tədarükünü müdafiə edir

Qazaxıstan yaxın zamanda Xəzərin şimalından Bakıya nəqliyyat sisteminin tikintisini başa çatdıracaq və Bakı-Tbilisi-Ceyhan boru kəmərinə qoşulacaq.

Qazaxıstanın baş naziri Kərim Məsimov İstanbulda keçirilən İqtisadi Əməkdaşlıq Təşkilatının (İƏT) sammitində bildirib ki, Qazaxıstan hökuməti artıq nefti BTC-yə çatdıracaq nəqliyyat sisteminin yaradılması üzrə müəyyən uğur qazanıb və yaxın vaxtlarda başa çatacaq.

O qeyd edib ki, Mərkəzi Asiya ölkələri üçün bu ümumi, vacib layihədir. “Çünki bu layihə Türkiyəyə çatmaq imkanı verir. Qazaxıstan layihəni dəstəkləyir”,- deyə o qeyd edib.
Cənab Məsimovun fikrincə, İƏT ölkələrinin qlobal bazarın istehlakçıları üçün enerji resurslarının tədarükündə ümumi maraqları var. "Qazaxıstan ilk növbədə qonşular olmaqla, dünya bazarlarına enerji resurslarının təhlükəsiz tədarükünü müdafiə edir. Biz ixrac marşrutlarının diversifikasiyası strategiyası tərəfdarıyıq".
Hökumət başçısı xatırladıb ki, 2009-cu ilin oktyabrında "Xəzəri Çinlə birləşdirən Qazaxıstan-Çin neft kəməri istismara verilib.
Qazaxıstan Azərbaycan vasitəsilə dünya bazarlarına ildə 6 mln ton neft və neft məhsulları ixrac edir. 2014-cü il üçün bu həcmi 10 mln tona çatdırmaq planlaşdırılır.

XS
SM
MD
LG