Accessibility links

Allahşükür Paşazadə: Bəzi qüvvələr məzhəblər arasında iğtişaş salmaq istəyir


Şeyxülislam Hacı Allahşükür Paşazadə
Şeyxülislam Hacı Allahşükür Paşazadə

O, Azərbaycanın dünyada tolerantlıqda, dinlərarası münasibətdə nümunə olduğunu deyir

Şeyxülislam Allahşükür Paşazadə oktyabrın 30-da Qafqaz Müsəlmanları İdarəsinin Qazilər Şurasının Məhərrəm ayının başlanması ilə bağlı keçirilən tədbirində məzhəb davası salmaq istəyən xarici qüvvələrdən danışıb.

Şeyxülislamın sözlərinə görə bir azərbaycanlı kimi həm sünni, həm şiə məzhəblərinin bir yerdə yaşaması və bir yerdə namaz qılması, bir yerdə ibadət etməsi çox xoşdur.

"Bu gün Azərbaycanda tolerantlıq, dinlərarası münasibət, başqa dinlərə olan münasibət bütün dünyada nümunə kimi göstərilir. Amma bunu pozmaq istəyən bəzi qüvvələr də var. Əlbəttə, bunun bir ucu xaricdən gəlir“, o bildirib.

Şeyxülislamın fikrincə bu qüvvələr istəmirlər ki, Azərbaycanda mövcud sakitlik davam etsin, bəzi qüvvələr məzhəblər arasında iğtişaş salmaq istəyirlər.

"Biz buna imkan yaratmamalıyıq”, o qeyd edib.

Dünyaya Baxış

Dünyaya Baxış. Rusiya Belqorodda Ukraynanın hava hücumunun qarşısını aldığını bildirib
please wait

No media source currently available

0:00 0:12:17 0:00

Amerika İcmalı

Amerika İcmalı. Ukraynaya dəstək və yardım. NATO baş katibinin Cənubi Qafqaza səfəri.
please wait

No media source currently available

0:00 0:29:43 0:00
XS
SM
MD
LG