Bu gün səhər saatlarında Azərbaycanın Göyçay rayonu ərazisində Qazıməmməd-Qazax magistral qaz kəmərində güclü partlayış olub. İlkin məlumatlara görə, partlayışa qaz sızması səbəb olub, bu barədə Turana FHN-dəki mənbə bildirib. Partlayışın nəticələrinin aradan qaldırılması bir neçə gün ala bilər.
Partlayışın gücü kifayət qədər böyük olub. Qəza yerində yanğınsöndürən maşınlar və digər xüsusi texnika işləyir. Qəza ilə əlaqədar qaz verilməsi dayandırılıb. Hələlik zərərçəkmişlər barədə məlumat daxil olmayıb.
Qeyd edək ki, bu qaz kəməri Azərbaycanın qərb regionunu mavi yanacaqla təmin edir.