Accessibility links

Qəzzanın İsraillə sərhəd bölgəsində qarşıdurma olub


Qəzza zolağının İsraillə sərhəd bölgəsində 1 fələstinli həlak olub, 40-dan çox adam xəsarət alıb.

Qarşıdurma İsrail qüvvələri tərəfindən 19 fələstinlinin öldürülməsi ilə nəticələnən etiraz aksiyasından bir həftə sonraya təsadüf edir.

Minlərlə fələstinli Qəzza sərhədlərində kütləvi aksiyalar keçirir. Israil əsgərləri onlara qarşı gözyaşardıcı qaz və rezin güllələrdən istifadə edib.

​Nümayişçilr təkərləri yandırıb. Onlar bu yolla İsrail snayperlərinin gözlərini tüstü ilə bürüdüklərini deyib.

İsrail sərhədi aşmaq cəhdinin cavabsız qalmayacağı barədə xəbərdarlıq verib.

Israilin müdafiə naziri Aviqdor Liberman nümayişləri provokasiya kimi qiymətləndirərək, sərhədə yaxınlaşanların həyatlarını riskə atdıqlarını deyib.

BMT, Avropa ittifaqı və insan haqları müdafiəçiləri İsraili nümayişçilərə güc tətbiq etməməyə çağırsa da, İsrail bu çağırışları rədd edib.

Qəzzaya nəzarət edən Həmas qrupu bildirib ki, aksiyalar İsrailin blokadası və sahil ərazilərinin işğalına qarşı həyata keçirilir. Həmas fələstinlilərin torpaqlarına qayıtmasını tələb edir.

Həftəlik nümayişlər İsrailin dövlətinin yaradılmasının 70-ci ildönümündə kütləvi yürüşlərlə mayın ortalarınadək davam etdiriləcək.

XS
SM
MD
LG