Accessibility links

İsrailin qırıcı təyyarəsi Qəzzanın bir neçə bölgəsini bombalayıb


İsrailin qırıcı təyyarəsi bazar günü Qəzzanın bir neçə bölgəsini bombalayıb. Hücum Fələstin ərazilərindən İsrailin cənubuna 3 raket atılmasından bir neçə saat sonra həyata keçirilib.

İsrail ordusunun bildirdiyinə görə, hücumlar Həmasın hava bazasını hədəf alıb. Tələfat barədə məlumat verilməyib.

Şənbə günü axşam İsrail “dəmir günbəz” adı ilə tanınan raketlərdən müdafiə sisteminin Qəzzadan atılan 3 raketi vurduğunu bildirib.

Raket hücumlarının məsuliyyətini üzərinə götürən olmayıb. İsrail ordusu isə hücumların arxasında Həmasın durduğunu bəyan edib.

İsrail və Fələstin arasında son illər sərhədlərarsı raket hücumları artıb. Ən ağır hücumlar isə son bir neçə ayda qeydə alınıb.

İsrailin baş naziri Benyamin Netanyahu bazar günü kabinetinin iclasında deyib ki, hücumlar davam etdikcə, atəşkəs sahəsində heç bir addım atılmayacaq.

O, ötən ay yüksək səlahiyyətli yaraqlı komandiri daxil olmaqla, 34 fələstinlinin öldürüldüyünü bildirərək, Qəzzanın təcavüzü dayandırılmasa bunun yalnız başlanğıc olacaını deyib.

Həmas İsrailin 2007-ci ildənQəzzanı ələ keçirilməsindən bəri İsraillə 3 dəfə müharibə aparıb.

XS
SM
MD
LG