Accessibility links

Rusiya Qəbələ RLS-dən avadanlıqlarının aparılmasına başlayır


Qəbələ RLS
Qəbələ RLS

"Yaxın günlərdə Azərbaycan-Rusiya ikitərəfli komissiyası Qəbələ RLS-də siyahıyaalma prosesini yekunlaşdıracaq". Bu barədə jurnalistlərə Rusiyanın Bakıdakı səfiri Vladimir Doroxin bildirib.

Onun sözlərinə görə, Bakıda fevralın 5-də keçirilən, iş prinsipi, qrafiki və metodları razılaşdırılan iclasdan sonra komissiya Qəbələdə işləri davam etdirir: “Stansiya Azərbaycana məxsusdur və biz onu 2002-ci ildə aldığımız şəkildə qaytarmalıyıq. Lakin o vaxtdan RLS-də avadanlıqlar, avtomobillər, sanitar texnika, hospital yerləşdirilib və biz onları aparmaq hüququna malikik. İndi Rusiyanın nəyi apara biləcəyini, nəyin Azərbaycana qalacağını müəyyən etmək üçün işlər gedir”, deyə səfir bildirib.

Cənab Doroxinin sözlərinə görə, işlər konstruktiv şəkildə gedir və yaxın günlərdə proses yekunlaşacaq və əmlakın plan üzrə aparılması başlayacaq. Zaman çərçivəsinə gəlincə, səfir prosesin bir neçə ay davam edəcəyini ehtimal edib.

XS
SM
MD
LG