Accessibility links

Qədim şəhərlərin 3D təsviri [Video]


Almaniyada kompyuter proqramları tərtib edən bir şirkət dronlar və lazer görüntülərdən istifadə edərək insanları İtaliyanın qədim Volterra şəhərinin keçmişinə aparır. Layihənin məqsədi zaman keçdikcə zərər görən, dağılan gözəl yerləri kiberməkanda qorumaqdır.

Bizim yaratdığımız 3-D model təkcə cooğrafi məlumatları deyil, təsviri məlumatları, abidələrin mədəni-tarixi kontekstini və memarlıq üslublarını göstərir.

Toskananın tarixi Volterra şəhəri Roma, Etrusk və Orta əsr arxitekturasının qarışığıdır.

Tarixin yoxa çıxmasının qarşını almaq üçün, şəhərin şəkil texnologiyası ilə xəritəsi çəkilib.

Avtodesk şirkətindən Kristian Vays: “Biz dronlar və skanerlər kimi müxtəlif texnologiyalardan istifadə edərək bütün şəhərin şəkli çəkdik. Bunu edə bilmək çətin deyildi. Biz bu məlumatları geodata, yənin kompyuterləşdirilmiş cooğrafi məlumatlarla əlaqələndirə bildik”.

Nəticədə 3 min illik tarixi olan şəhərin inanılmaz dərəcədə realistik təsviri yaranıb.

“Bizim yaratdığımız 3-D model təkcə cooğrafi məlumatları deyil, təsviri məlumatları, abidələrin mədəni-tarixi kontekstini və memarlıq üslublarını göstərir”, Kristian deyir.

Bu layihənin məqsədi Volterranı ən gözəl çağında görmək istəyən hər kəs üçün şəhərin həmişəlik təsvirini yaratmaqdır.

“Bütün toplanan məlumatlarla biz ekspertlər eləcə də bütün dünya əhli üçün əlçatan bir model yaratmağa nail olduq”, Vays deyir.

Əgər keçmişdə olduğu kimi gələcəkdə də şəhər vaxtaşırı və ya zəlzələ nəticəsində zərər görsə, tədqiqatçı və memarlar kimi ekspertlər bu məlumatlardan istifadə edə biləcəklər.

XS
SM
MD
LG