Accessibility links

9 May - nasizm üzərində qələbə günüdür


Azərbaycanda Qələbə bayramı

9 May - alman faşizmi üzərində qələbədən 72 il keçir. Nasizm üzərində qələbə Azərbaycanda rəsmi dövlət bayramıdır.

Azərbaycan prezidenti İlham Əliyev qələbənin 72-ci ildönümü münasibətilə mərasimdə iştirak edib.

Prezident Ilham Əliyev müharibə veteranları ilə
Prezident Ilham Əliyev müharibə veteranları ilə

Bayram münasibətilə fəxri qarovul düzülüb. Prezident Əliyev Bakıda Dağüstü Parkda iki dəfə Sovet İttifaqı Qəhrəmanı, tank qoşunları general-mayoru Həzi Aslanovun abidəsi önünə əklil qoyub.

Dövlət başçısı müharibə veteranları və onların ailə üzvləri ilə görüşüb, onları Qələbə bayramı münasibətilə təbrik edib.

Azərbaycan prezidenti həmçinin 2017-ci ildə müharibə veteranları və onlara bərabər tutulan şəxslərə 7,2 milyon manat birdəfəflik yardım ayırılması barədə sərəncam imzalayıb. Ümumilikdə 13 312 nəfər şəxs birdəfəlik maddi yardımlarla təmin olunub. Onlardan 1941-1945-ci illər İkinci Dünya Müharibəsi iştirakçıları olan 763 nəfərin hər birinə 1000 manat, qalan 12 549 nəfərin isə hər birinə 500 manat ödənilib.

Qələbə günü münasibətilə ölkənin müxtəlif bölgələrində və paytaxtda tədbirlər keçirilir.

Müharibə

İkinci Dünya Müharibəsi
İkinci Dünya Müharibəsi

İkinci Dünya Müharibəsi 1939-cu il sentyabrın 1-də Almaniyanın Polşanı işğal ilə başilayıb. 1941-ci il iyunun 22-də isə Almaniya Azərbaycanın da daxil olduğu SSRİ-yə hücum edib. Müharibə 1945-ci il mayın 9-da Berlində başa çatıb.

Azərbaycanın müharibədə iştirakı

Müharibədə Azərbaycandan 660 min insan iştirak edib. Onlardan 300 min nəfəri döyüşlərdə həlak olub.

Azərbaycan diviziyaları Qafqazdan Berlinə qədər mübarizə yolu keçib, 130-a yaxın azərbaycanlı Sovet İttifaqı Qəhrəmanı adına layiq görülüb

İkinci Dünya Müharibəsində Bakı nefti
İkinci Dünya Müharibəsində Bakı nefti

İkinci Dünya müharibəsində Azərbaycan nefti həlledici amillərdən olub. 1941-ci ildə Azərbaycan tarixində ən çox - 23,5 milyon ton neft istehsal olunub və bu, SSRİ-də istehsal olunan neftin 71,4%-ni təşkil edib. Ümumilikdə, müharibə illərində Azərbaycan neftçiləri 75 milyon ton neft, 22 milyon ton benzin və digər neft məhsulları istehsal edərək cəbhəyə göndərib.

Azərbaycan legionu

Azərbaycanlılar İkinci Dünya Müharibəsində Almaniya tərəfindən keçmiş SSRİ-yə qarşı da döyüşüb. 70 min nəfərlik Azərbaycan legionu (alm. Aserbaidschanische Legion) Verxmatın xarici hərbi bölüklərindən olub. Legiounun hərbi nişanı səkkiz guşəli ulduz, emblemi mavi, qırmızı və yaşıl rənglərdə olan hazırki Azərbyacan bayrağı olub. Legion “Biz yalnız azadlıq üçün vuruşuruq və heç bir qüvvə bizi saxlaya bilməz!” şüarı ilə Azərbaycanın müstəqilliyi uğrunda döyüşüb.

Azərbaycan legionunun emblemi
Azərbaycan legionunun emblemi

Legionun əsas məqsədi Azərbaycanın mülli müstəqilliyinin qazanılması, Almaniya hökuməti tərəfindən tanınması olub.

Azərbaycan legionerləri 1943-cü ildə Berlində Milli Azərbaycan Qurultayını keçirib. Qurultayda Azərbaycanın müstəqil dövlət olması xüsusi vurğulanıb. 1945-ci ilin martında Azərbaycan legionerlərinin böyük fəaliyyəti nəticəsində Almaniya Azərbaycanın müstəqilliyini tanıyıb.

Legionerlər həmçinin müharibə illərində Sovet Ordusu tərəfində vuruşaraq əsir düşmüş minlərlə azərbaycanlının həyatını xilas edib.

Dağıdıcı müharibə və insan itkisi

İkinci Dünya Müharibəsi tartixin ən dağıdıcı müharibəsi kimi xarakterizə olunur.

70-dən çox dövlətin cəlb edildiyi müharibənin müxtəlif mərhələlərində hər iki döyüşən tərəfdən eyni zamanda 8 milyondan 12,8 milyona kimi insan, 84 mindən 163 minə qədər top, 6,5 mindən 18,3 minə kimi təyyarə iştirak edib.

İkinci Dünya Müharibəsi-Potsdam konfransı
İkinci Dünya Müharibəsi-Potsdam konfransı

Hərbi əməliyyatların əhatə etdiyi ərazi Birinci Dünya Müharibəsindəkindən 5,5 dəfə çox olub. Müharibəyə sərf edilən xərclərin miqdarı 4 trilyon ABŞ dollarıdır. Onun 1 trilyon 117 milyardını sırf hərbi xərclər təşkil edib.

"World War 2" saytının hesablamalarına görə, İkinci Dünya Müharibəsində 72.758.900 insan dünyasını dəyişib. Bu 1939-cu ildə dünyada yaşayan 1.991.913.000 əhalinin 3,71 faizi deməkdir.

Öldürülənlərin 25 173 700 nəfəri hərbçi, 41 830 600 nəfəri mülki şəxs olub. Müharibə dövründə 5 754 400 yəhudi qətlə yetirilib (yəhudi soyqırımı, onların 3 milyonu Polşada, 1 milyonu SSRİ-də, 469 mini Rumıniyada, 200 mini Macarıstanda, 277 mini Çexoslavakiyada, 160 min nəfəri Almaniyada və başqa ölkələrdə qətlə yetirilib).

İkinci Dünya Müharibəsi
İkinci Dünya Müharibəsi

Müharibə zamanı ölənlərin 27 milyonu SSRİ-nin, 13,6 milyonu Almaniyanın, 6 milyonu Polşanın, 5 milyonu Çinin, 2,5 milyonu Yaponiyanın, 1,7 milyonu Yuqoslaviyanın, 600 mini Fransanın, 370 mini İngiltərənin, 300 mini ABŞ-ın və s. payına düşür.

"World War 2" saytı hesablayıb ki, müharibı illərində 1939-cu ildəki dünya əhalisinin sayı ilə müqayisədə Almaniya əhalisinin 10,47 faizini, SSRİ əhalisinin 13,71 faizini, Polşa əhalisinin 16,07 faizini, Şərqi Timur əhalisinin 11,00 faizini, Litva əhalisinin 13,71 faizini, Latviya əhalisinin 11,38 faizini itirib.

XS
SM
MD
LG