Üç intiharçı bomba hücumçusu cümə günü Qəndəhar Polis idarəsinin rəisi General Əbdül Raziqin Boldak rayonundakı iqamətgahına hücum edib.
Hücum cümə gecə baş verib. Rəsmilər deyib ki, Əfqanıstanın təhlükəsizlik qüvvələri hər üç hücumçunu onlar hədəflərinə çatmadan öncə öldürüb.
Hücum intiharçının polis idarəsinin rəisinin evinin önündəki nəzarət-buraxılış məntəqəsindəüzərindəki partlayıcıları partlatması ilə başlayıb. Üzərlərində intiharçı jilet olan digər iki militant da, təhlükəsizlik keşikçiləri ilə qarşıdurma yaşayıb, daha sonra isə güllələnərək öldürülüb.
Yerli hüquq-mühafizə orqanları hücum zamanı Əfqanıstan polisinin iki üzvünün həlak olduğunu bildirib.
General Raziq hücum zamanı Qəndəhar şəhərində olub. O, ailə üzvlərinin sağ-salamat olduqlarının deyib.
Raziq Amerikanın Səsinə bildirib ki, qanun-mühafizə orqanlarının onun iqamətgahına mümkün hücumla bağlı məlumatları var idi və onlar lazımi təhlükəsizlik tədbiləri görüblər.
“Qanun-mühafizə orqanlarının ücumla bağlı ipucuları var idi. İlk hücumçu motosiklet üzərində olub və buraxılıq məntəqəsində bombanı partladıb. Digər iki hücumçunu isə təhlükəsizlik qüvvələri güllələyib,” Raziq deyib.
Bu, Raziqə qarşı ilk hücum deyil. O, cənubi Qəndəhar vilayətinin polis idarəsinin sədri olandan bəri ona qarşı bir neçə intiharçı bomba hücumu olunub.
Hücumun məsuliyyəti üzərinə alan olmayıb.