Accessibility links

Qənimət Zahid: Təzyiqlər məni yolumdan döndərməyəcək [Video]


Qənimət Zahidlə müsahibə
please wait

No media source currently available

0:00 0:09:14 0:00

Qənimət Zahidlə müsahibə

Fransada mühacirətdə olan “Azadlıq” qəzetinin baş redaktoru və “Azərbaycan saatı” televiziya proqramının rəhbəri Qənimət Zahid qohumlarının həbsi ilə bağlı bəyanatla çıxış edib. O, həbslərin onun jurnalist fəaliyyəti ilə əlaqədar olduğunu bildirib. Amerikanın Səsinə müsahibədə Qənimət Zahid ailə üzvlərinə qarşı təzyiqlər və fəaliyyətindən danışıb, eləcə də Azərbaycanda mətbuatın durumu haqda fikirləri ilə bölübüb.

“Mən şübhə etmirəm ki, bu, mənim jurnalistika fəaliyyətimlə bağlıdır. Faktiki olaraq başqa hər bir variant istisna olunur. İlk növbədə ona görə ki, iki gün fərqlə mənim üç qohumumun həbsə alınması başqa heç bir tendensiyanın nəticəsi ola bilməzdi. ”-deyə Qəniməz Zahid Amerikanın Səsinə bildirib.

O, qohumlarının heç birinin günahı olmadığını deyərək, onların həbsinin onun “Azərbaycan saatı” proqramında fəaliyyəti ilə əlaqədar olduğunu bildirib. Qənimət Zahidin sözlərinə görə, “Azərbaycan saatı” proqramı peyk antennası vasitəsilə geniş tamaşaçı kütləsi qazanıb və eyni zamanda “Azərbaycandan kənarda yaşayan jurnalistlərin potensialını səfərbər etməyə iddialıdır.”

Qənimət Zahid son hadisələrin onun gələcək fəaliyyətinə təsir göstərməyəcəyini deyib. “Açığı hesab edirəm ki, bu, mənim fəaliyyətimə hətta bir qədər pozitiv təsir göstərə bilər. Aydındır ki, mən kimin üçünsə arzuolunmaz presedent yaradıb qohumlarıma və yaxınlarıma təzyiq səbəbindən indiyə qədər məşğul olduğum işdən geri çəkiləcək birisi deyiləm. Üstəlik mənim bəlli, formalaşmış möhkəmlənmiş bir ideyam var. Mən bu ideyalardan geri çəkiləcək bir adam deyiləm”-deyə o bildirib.

Azərbaycanda medianın durumundan danışan Qənimət Zahid müstəqil medianın mövcud olmadığını və dövlət tərəfindən nəzarət altında olduğunu bildirib. O, Azərbaycanın Millli Mətbuat günü münasibətilə ölkənin aparıcı jurnalistlərinə mükafatların təqdim edilməsini “avtoritarizmin Azərbaycan mediası üzərində bir qələbə paradı” adlandırıb.

  • 16x9 Image

    Dilşad Əliyarlı

    Jurnalist və yazar Dilşad Əliyarlı 20 ildən artıqdır "Amerikanın səsi"ndə çalışır. Azərbaycan xidmətində televiziya proqramlarının yaradıcılarından biri olan Dilşad Əliyarlı "Amerika icmalı" proqramının redaktoru və aparıcısıdır. Dilşad Əliyarlı ABŞ-dan Azərbaycan dilində yayımlanan ilk televiziya xəbər proqramının ilk aparıcısı olub. 

XS
SM
MD
LG