Accessibility links

Culian Assanjın zorlama intihamları ilə həbsinə dair qərar qüvvədə qalır


İsveçin Apellyasiya Məhkəməsi Wikileaks-in yaradıcısı Culian Assanjın zorlama intihamları ilə həbsinə dair qərarı qüvvədə saxlayıb.

Assanj 2010-cu ildə bir qadını zorladığına dair ittihamları dəfələrlə rədd edib və bir neçə dəfə məhkəmə işinin bağlanmasına nail olmağa çalışıb.

İsveçin Apellyasiya Məhkəməsi bildirib ki, rayon məhkəməsinin qərarına görə Culian Assanj hələ də zorlamada şübhəli bilinir.

2012-ci ildə siyasi sığınacaq verildikdən bəri Assanj Ekvadorun Londondakı səfirliyində yaşayır.

O, ABŞ-a ekstradisiya ediləcəyindən İsveçə getməkdən ehtiyat edir və orada o məxfi dövlət sənədlərini ictimailəşdirdiyinə görə casusluqda ittiham edilə bilər.

Bundan əvvəl Assanj prokurorun onu səfirliyin içərisində sorğu-sual etməsini təklif edib. Lakin İsveç prokurorları bu təklifi rədd edib. Ekvadorlu prokurorun 45 yaşlı avstraliyalını Ekvador səfirliyində sorğu-sual etməsi oktyabrın 17-nə nəzərdə tutulub.

Dünyaya Baxış

Dünyaya Baxış. Trampın ilk keçmiş ABŞ prezidenti kimi cinayət məhkəməsi başlayıb
please wait

No media source currently available

0:00 0:12:13 0:00

Amerika İcmalı

Amerika İcmalı. ABŞ-Yaponiya əlaqələri. ABŞ-ın Azərbaycan-Ermənistan sülh prosesində rolu.
please wait

No media source currently available

0:00 0:30:13 0:00
XS
SM
MD
LG