Accessibility links

Qoşaçayda bir məhkum əhalinin gözü önündə asılıb


Qərbi Azərbaycan, Qoşaçay, Bəktaş
Qərbi Azərbaycan, Qoşaçay, Bəktaş

İran mediası qətl ittihamı ilə mühakimə edilmiş bir edam məhkumunun Qoşaçayın (Miyandab) Bəktaş kəndində əhalinin gözü önündə dar ağacından asıldığını bildirib.

Bu haqda yarı-rəsmi Mehr agentliyi və yerli internet portalları məlumat yayıblar.

Qərbi Azərbaycan vilayətinin Qoşaçay şəhərində fəaliyyət göstərən Zərrin Xəbər adlı internet portalının nəşr etdiyi şəkillərdə edam səhnəsinin böyük izdiham tərəfindən izlənildiyi görünür.

Qərbi Azərbaycan, Qoşaçay, Bəktaş
Qərbi Azərbaycan, Qoşaçay, Bəktaş

Yayılan məlumata görə, 5 nəfəri qətlə yetirmək ittihamı ilə mühakimə olunmuş məhkumun edam mərasimini əhalidən əlavə yerli məsullar da izləyib.

Beynəlxalq insan haqları qurumları prezident Həsən Ruhaninin hakimiyyətə gəlməsindən sonra İranda həyata keçirilən edam hökmlərinin kəskin artdığını bildirirlər.

XS
SM
MD
LG