Accessibility links

Neft daşıyan yük qatarının aşması Qərbi Virciniya ştatında böyük partlayışlara səbəb olub


Neft daşıyan yük qatarının aşması ABŞ-ın Qərbi Virciniya ştatında bazar günü böyük partlayışlara səbəb olub. Tankerlərdən biri Kanahava çayına aşıb.

Ştat rəsmilərinin hadisə yerindən verdiyi məlumata görə, yaxınlıqdakı bir ev və 14 tanker alovlandığı üçün ərazidə yaşayan sakinlər qar tufanına baxmayaraq evakuasiya edilib.

Hələlik xəsarət alanlar, ya da tələfatlar haqda məlumat verilməyib.

Hadisəni işıqlandıran yerli mediada yanğının ətrafı bürüdüyü və tankerlərdən birinin düşdüyü donmuş çay üzərində qatı tüstü yarandığı haqda məlumat verilib. Hadisə məskunlaşmış ərazi yaxınlığında baş verib.

Qatarın haraya istiqamət götürdüyü məlum deyil, lakin onun keçən il Virciniya ştatının Linçburq şəhəri yaxınlığında relsdən çıxaraq, yanğın törətmiş başqa bir qatarın mərşrutu ilə hərəkət etdiyi bildlirilir.

XS
SM
MD
LG