Səudiyyə Ərəbistanı və Qətər liderlərinin telefonla danışdığı və danışıqlar aparmaq üzərində razılıq əldə etdiyinə dair xəbərlərdən sonra, Səudiyyə Ərəbistanı Qətərlə dialoqu dayandırdığını bildirirərək, Qətəri “faktları təhrif etməkdə” ittiham edib.
Cümə günü Səudiyyə Ərəbistanının Səudiyyə Mətbuat Agentliyi bildirib ki, Qatarın əmiri Şeyx Təmim bin Həməd əll-Tani ilə Səudiyyə şahzadəsi Məhəmməd bin Salman arasında telefon danışığına dair xəbərlər “həqiqəti əks etdirmir”.
Qətərli mənbələr onların telefonda Qətərlə qonşuları arasındakı fikir ayrılıqlarını müzakirə etmək məqsədilə mümkün danışıqlar üçün elçilər göndərməyi müzakirə etdiyini bildirib.
Səuddiyə Ərəbistanının xəbər agentliyinə əsasən isə, telefon danışığını Qətərin başlatdığını və Səudiyyə Ərəbistanı, Bəhreyn, Misirvə Birləşmiş Ərəm Əmirlikləri ilə dialoqa çağırıb. Bu ölkələrin hər biri iyun ayında, Qətərin ekstremistləri dəstəklədiyini və İranla əlaqələri olduğunu iddia edərək, Qətərlə diplomatik əlaqələri kəsib.
Cümə günü baş tutan telefon danışığı və bununla bağlı çıxan xəbərlərdən sonra, Səudiyyə Ərəbistanının xəbər portalları bildirib ki, “Səudiyyə Ərəbistanı Krallığı Qətər mövqeyi ilə bağlı açıq bəyanat verənədək, onlarla hər hansı dialoq və ya rabitənin dayandırıldığını elan edir”.
Bundan əlavə ABŞ prezidenti Donald Tramp Qətərlə qonşuları arasındakı gərginliyi azaltmağa hazır olduğunu deyəndən bir gün sonra, cümə günü Qətər, Səudiyyə Ərəbistanı və Birləşmiş Ərəb Əmirliklərinə zəng edib.
Küveytin əmiri Sabah Əl-Əhməd Əl-Cabir Əl-Sabahla keçirdiyi birgə mətbuat konfransı zamanı prezident danışıqlara vasitəçilik etməyə hazır olduğunu deyib.
Bəhreyn, Misir, Səudiyyə Ərəbistanı və Birləşmiş Ərəb Əmirlikləri Qətəri şiə İranı və fundamentalist islamçı qruplara əlaqələsi olmaqda ittiham etdikdən sonra, Qətərlə bütün əlaqələri kəsib.
Qətər liderləri ittihamları rədd edir.
Ərəb ölkələri Qətərə bir sıra tələblər irəli sürüb, Küveyt isə mübahisəyə vasitəçilik edir.
Şeyx sabah Qətərdən qonşularının irəli sürdüyü 13 tələbi müzakirə etməyə hazır olduğunu bildirən məktub aldığını deyib. O, bu tələblərin çoxunun həll olunacağına ümid etdiyini ifadə edib.
Səudiyyə Ərəbistanı və Qətər ABŞ-ın regiondakı mühüm müttəfiqlərindəndir. Qətər ABŞ-ın ən böyük hərbi bazasına ev sahibliyi edir.