Accessibility links

Dünyada kütləvi qətllərin siyahısı


59 adamın ölümü, 527 nəfərin yaralanması ilə nəticələnən Las-Vedas hadisəsi dünyada kütləvi şəkildə insan qətilləri sıyahısına əlavə edildi.

Paris, Fransa
Noyabr, 2015
İŞİD terrorçuları şəhərdə bir neçə hücum həyata keçirib. Piyadalar və Bataklan teatrında atışmada 130 adam həyatını itirib.

Paris
Paris

Paris, Fransa
Yanvar, 2015
İslamçı yaraqlıların Charlie Hebdo satirik jurnalının ofisinə hücumu nəticəsində 12 nəfər ölüb.

Nayrobi, Keniya
Sentyabr, 2013
Əl-Şabab islamçı yaraqlılarının ticarət mərkəzinə hücumu 70-dən çox insan həyatına son qoyub.

Utoya, Norveç
İyul, 2011
Polis işçisi olduğu deyilən silahlı şəxsin Utoya adasındakı düşərgəyə hücumu 68 adamın ölümünə səbəb olub. Osloda digər bir bomba hücumu nəticəsində 8 adam həyatını itirib.

Rio de Janeyro, Braziliya
Aprel, 2011
23 yaşlı keçmiş tələbə məktəbə hücum edərək, 12 şagirdi öldürüb, özünü başından güllələməzdən öncə onlarla insanı ciddi yaralayıb.

Bakı, Azərbaycan
Aprel, 2009
Azərbaycan əsilli Gürcüstan vətəndaşı Neft Akademiyasında 12 tələbənin həyatına son qoyub, bir neçə nəfər xəsarət alıb.

Uinnenden, Almaniya
Mart, 2009
17 yaşlı məktəbli 15 nəfəri güllə atəşinə tutub.

Mumbay, Hindistan
Noyabr, 2008
İslamçı terrorçular bir neçə gün ardıcıl şəkildə hücumlar həyata keçirib, 164 nəfəri qətlə yetirib, 308 adamı yaralayıb.

Moskva, Rusiya
Oktyabr, 2002
Silahlı çeçenlər Dubrovka teatrında 850 adamı girov götürüb. 170 adam öldürülüb.

Erfurt, Almaniya
Aprel, 2002
19 yaşlı sabiq tələbə ibtidai məktəbdə 13-ü müəllim, 2-si şagird və 1-i polis işçisi olmaqla, 16 nəfəri qətlə yetirib.

Port Artur, Avstraliya
Aprel, 1996
28 yaşlı şəxs kafedə 35 nəfəri güllləyib, 23-nü yaralayıb. Bu, Avstraliya tarixində ən qanlı hadisə olub.

Dunbleyn, Şotlandiya
Mart, 1996
İbtidai məktəbdə 16 şagird və 1 müəllim qətlə yetirilib.

Montreal, Kanada
Dekabr, 1989
25 yaşlı şəxs institutda 28 adamı güllə-baran edib. Özünü öldürməzdən əvvəl 14 qadını qətlə yetirib.

XS
SM
MD
LG