Accessibility links

Bir gündə avtomobil qəzasında 10 nəfər ölüb


Avtomobil qəzası

Martin 16-da Azərbaycanın avtomobil yollarında 5 yol-nəqliyyat hadisəsi baş verib, nəticədə 10 nəfər ölüb, 5 nəfər xəsarət alıb. Bu barədə Daxili İşlər Nazirliyinin məlumatında deyilir.

Avtomobil qəzasında ölənlərin 6 nəfəri iki Rusiya istehsalı olan VAZ markalı minik avtomobillərində olub.

Belə ki, Ağsu-Kürdəmir avtomobil yolunun Muradlı kəndi (Bakıdan 160 kilometr qərb) ərazisindən keçən hissəsində "VAZ 2106” və“VAZ 2107” markalı minik avtomobillərinin toqquşması nəticəsində hər iki avtomobildə olan 7 nəfərdən 6-sı ölüb. Bir nəfər ağır vəziyyətdə xəstəxanaya yerləşdirilib.

Faktla bağlı Ağsu rayon Polis Şöbəsi tərəfindən araşdırma aparılır.

Amerika İcmalı

Amerika İcmalı - 26 Noyabr 2021
please wait

No media source currently available

0:00 0:30:16 0:00
XS
SM
MD
LG