Azərbaycanın Lənkəran rayonunda (Bakıdan 272 kilometr cənub) avtomobil qəzası nəticəsində 6 nəfər ölüb, 2 nəfər xəsarət alıb.
Yerli medanın məlumatına görə, həyatını itirənlərin hamısı Lənkəran rayonunun Ləj kəndində yaşayan bir ailənin üzvləri və yaxın qohumlarıdır.
Belə ki, martın 31-də "Mitsubishi" markalı minik avtomobili yük avtomobili ilə toqquşub və minik avtomobilində olanların 6 nəfəri ölüb, bir uşaq isə ağır xəsarət alıb. Yük maşınının sürücüsü də xəsarət alaraq xəstəxanaya yerləşdirilib.
Polis faktla bağlı araşdırma aparıldığını bildirib.