Accessibility links

Sabirabadda 6 nəfər boğularaq ölüb


Sabirabad rayonunun Şəhriyar kəndində (Bakıdan 176 kilometr cənub-qərb) traktor qoşqusunun su kollektoruna aşması nəticəsində 6 nəfər boğularaq ölüb, 12 nəfər xəsarət alıb.

Bu barədə Amerikanın Səsinə Sabirabad rayon Polis Şöbəsinin növbətçi hissəsindən bildiriblər.

Traktorun sürücüsü Əjdər İmanov ailə üzvlərini və yaxın qohumlarını tarlaya aparırmış. Böğularaq ölənlərin hamısı qadındır.

Faktla bağlı hadisə yerində araşdırma aparılır.

XS
SM
MD
LG