Accessibility links

Qəzvində etiraz aksiyası keçirən işçilərdən ikisi həbs edilib


Iran Azərbaycanının Qəzvin şəhərində sayğac fabriki işçiləri bu şəhərin baş ədliyyə binasının qarşısında etiraz aksiyası keçirəndən sonra iki işçi həbs edilib.

İLNA xəbər agentliyinin yaydığı məlumata görə, sentiyabrın 12-də Qəzvin şəhərində Qəzvin sayğac fabrikinin bir sıra işçiləri bu şirkətin rəhbərliyinin müəyyən olması və 27 ay ödənməmiş maaşlarının tələbi etiraz aksiyası keçirib.

Sentiyabrın 13-də Qəzvinin Kooperativlər, Əmək və Sosial Rifah İdarəsinin baş direktoru Rza Gərusi iki işçinin müvəqqəti nəzarət altına alınmalarını təsdiqləyib.

Qəzvin sayğac fabrikinin işçiləri son bir ildə fabrikin bağlanmasına və maaşlarının ödənilməməsinə etiraz olaraq hökumət binaları qarşısında bir neçə dəfə mitinq keçirib.

Həbs olunan iki işçinin kimliyi hələ də açıqlanmayıb.

Gərusi İLNA-ya verdiyi açıqlamada deyib ki, fabrik işçilərinin problemlər, artıq fabrikdə çalışmamaları və işçi sayılmadıqları üçün iş idarəsi ilə bir əlaqəsi yoxdur.

Bu fabrikin sahibləri daha əvvəl də ən azı 700 işçini işdən çıxarıb və fabriki bu ilin yazında əvvəlcədən işçilərə xəbərdarlıq etmədən bağlayıb.

Şərhlərə bax

XS
SM
MD
LG