Accessibility links

Qəzzada ölənlərin sayı artır


Fələstinlilər İsrailin Qəzza zolağında Həmasa qarşı quruda və havada hərbi əməliyyatları nəticəsində ölənlərin sayının artdığını bildirir.

Qəzza sakinləri Amerikanın Səsinin müxbiri Gabe Coselouya deyiblər ki, gecə keçirilən hücumlar əməliyyatların başladığı 13 gün ərzində ən güclü hərbi kampaniya olub. Onların sözlərinə görə, hava və sudan atəşlərlə yanaşı quruda əməliyyatlar da intensivləşdirilib.

Minlərlə fələstinli Qəzza şəhəriin Şicayla hissəsini tərk edib. Dünya xəbər agentlikləri şəhərin bu hissəsində küçələrdə həlak olan insanların cəsədlərinin qaldığı haqda məlumat verib.

Təfəflər bu gün humanitar yardmın edilməsi məqsədilə iki saat müddətinə atəşkəsə razı olduğunu bildirib. Lakin fasilə yalnız 40 dəqiqə davam edib.

Fələstinin səhiyyə rəsmiləri bazar günü əməliyyatlarda 60-dan çox insanın həyatını itirdiyini, İsarilin iki həftəyə yaxındır başladığı hərbi kampaniya zamanı 400-dən çox insanın öldüyünü bildirir.

İsrail iyulun 8-də başlayan əməliyyatlarda iki İsrail vətəndaşının və beş əsgərin öldüyünü bildirib.

XS
SM
MD
LG