Accessibility links

Müəmmar Qəzzafinin oğlu azad edilib


Liviyanın sabiq diktatoru Müəmmar Qəzzafinin oğlu 5 ildən artıq nəzarətdə saxlandıqdan sonra azad edilib.

Seif Əl-İslamı nəzarətdə saxlayan Əbu Bəkr Əl-Siddiq Batalyonu onun cümə günü azad edildiyini bildirib, lakin harda olduğu barədə məlumat verməyib.

Batalyonun bəyanatında deyilir ki, Əl-İslamın təhlükəsizliyi baxımından onun harada olduğu açıqlanmır. Lakin bildirilib ki, o, parlamentinin əfv qərarına əsasən azadlığa buraxılıb.

Liviyanın 3 rəqib administrasiyasından biri olan Tobruk şəhər parlamenti Qəzzafinin öldürülməsindən sonra ölkədəki hərc-mərcliyin nümunəsidr.

Qəzzafinin oğlu 2011-ci ildə 40 ildən artıq hakimiyyətdə olan atasının devrilməsindən sonra ələ keçirilib.

İnqilabdan sonra neftlə zəngin bu ölkədə vətəndaş müharibəsi başlayıb.

Dünyaya Baxış

Dünyaya Baxış.Qubad Ibadoğlu ev dustaqlığına buraxılıb
please wait

No media source currently available

0:00 0:11:22 0:00
XS
SM
MD
LG