Accessibility links

Müəmmar Qəzzafinin oğlunun məhkəməsi sentyabrda başlayacaq


Liviyanın baş prokuroru deyir ki, ölkənin öldürülmüş sabiq lideri Müəmmar Qəzzafinin oğlunun məhkəmə işi sentyabr ayının ortalarında başlayacaq. 40 yaşlı Seyf Əl-İslam Qəzzafi ölkədə 2011-ci ildə baş vermiş vətəndaş müharibəsi ilə bağlı qətllərə görə ittiham olunur.

O, 2011-ci ildə atası doğulduğu Sirte şəhərinə qaçan zaman qəzəbli kütlə tərəfində öldürülməsindən bir neçə həftə sonra Nigerlə sərhəddə ələ keçirilmişdi.

O zamandan bəri Seyf Əl-İslam paytaxt Tripolidən 200 kilometr cənub-qərbdə sabiq üsyançı döyüşçülər briqadası tərəfindən saxlanılır.

O və 29 başqa müttəhim qətllər, silahlı qruplaşmalar yaratmaq, o cümlədən oğurluq və zorlamaya təhrik etmə ittihamları ilə üzləşir.
XS
SM
MD
LG