Accessibility links

Azay Quliyev: QHT-lər kiçik vəsaiti də bank vasitəsi ilə ödəmək tələbi ilə qarşı-qarşıyadır [Video-müsahibə]


Azay Quliyev: QHT-lər kiçik vəsaiti də bank vasitəsi ilə ödəmək tələbi ilə qarşı-qarşıyadır
please wait

No media source currently available

0:00 0:09:07 0:00

Prezident yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının sədrinin Amerikanın Səsinə müsahibəsi

Azərbaycan Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının sədri Azay Quliyev Amerikanın Səsinə müsahibəsində Azərbaycanda Qeyri-Hökumət Təşkilatlarının (QHT) durumu və bu sahədə qanunvericilik bazasından danışıb.

Amerikanın Səsi: Azərbaycanda son dövrlər QHT-lərlə bağlı qanunvericiliyə edilən dəyişikliklərin səbəbləri nədir?

Artıq, mövcud qanunvericilik çərçivəsində bütün donor təşkilatlar, milli və xarici donor təşkilatlar tam açıq, aşkar şəraitdə fəaliyyət göstərmək məcburiyyətindədir.

Azay Quliyev: Azərbaycanda son dövrlər qanunvericiliyə edilən dəyişikliklər üç əsas səbəb və amillə izah olunur. Birinci səbəb odur ki, Azərbaycan parlamenti çox istəyirdi ki, ölkədə fəaliyyət göstərən QHT-lər, xarici donorlar, yerli donorlar tam şəffaf və hesabatlı şəkildə fəaliyyət göstərsin. Onların fəaliyyətində bir çox hallarda aşkarlıq lazımi səviyyədə təmin olunmurdu, onların aldıqları qrantlarla bağlı müəyyən suallar yaranırdı, bunların resepiyentləri, tərəfdaşları ilə bağlı qaranlıq məqamlar var idi. Hesab edirəm, qanunvericilik bu məsələlərə tam şəkildə aydınlıq gətirdi. Artıq mövcud qanunvericilik çərçivəsində bütün donor təşkilatlar, milli və xarici donor təşkilatlar tam açıq, aşkar şəraitdə fəaliyyət göstərmək məcburiyyətindədir. Birinci əsas səbəb bu idi. İkinci səbəb ondan ibarət idi ki, bir çox hallarda donor təşkilatların həyata keçirdiyi layihələrdə təkrarlanmalar var idi və lazımi şəkildə əlaqələndirmə yox idi. Təkrarlanmaya yol verilirdi və lazımı şəkildə əlaqələndirilmirdi. Onun qarşısını almaq üçün qanunvericiliyə müəyyən müddəalar gətirildi. Buna bir çox misal da göstərə bilərik. Misal üçün, bir rayonda təhsillə bağlı konkret bir məsələnin həlli ilə əlaqədar 3-4 donor bir-birindən xəbərsiz şəkildə müəyyən vəsait xərcləyirdi, müəyyən layihələr icra edirdi. Hətta, buraya dövlət vəsaiti də cəlb olunurdu. Ona görə də bu cür təkrarlanmaların qarşısını almaq üçün, bütövlükdə donor və hökumət arasındakı əməkdaşlığı daha effektiv şəkildə koordinasiya etmək üçün belə bir təşəbbüs ortalığa gəldi. Hesab edirəm ki, bu da kifayət qədər ilkin əsaslar yaratdı ki, qanunvericiliyə dəyişiklik olsun. Üçüncü mühüm səbəbdən biri, Azərbaycanın milli təhlükəsizliyi ilə bağlıdır. Bu gün Azərbaycanın yerləşdiyi coğrafi məkan, geosiyasi mühit çox həssasdır. Azərbaycan bu gün bir tərəfdən Ermənistanın işğalı ilə qarşı-qarşıyadır, digər tərəfdən o qədər də rahat olmayan qonşularla əhatə olunub. Bu gün Azərbaycanda müəyyən radikal meyllərin dəstəklənməsi ilə bağlı cəhdlər olunur. Hətta, bizdə zaman-zaman müəyyən radikal dini qruplaşmaların terror istiqamətində fəaliyyət göstərən qruplara dəstək verilməsi hallarına rast gəlmişik. Bunlar da, bu və ya digər hallarda QHT adı altında, QHT vasitəsi ilə həyata keçirilməyə cəhd olunub. Ona görə də bu gün bizim üçün milli təhlükəsizliyin təmin edilməsi baxımından, çirkli pulların yuyulmasının qarşısının alınması baxımından qanunvericiliyə bu cür əlavələr gətirilib. Ona görə, hesab edirəm, burada narahatçılıq üçün heç bir əsas yoxdur. Əlbəttə, bu gün bizim əsas məsələmizdən biri budur ki, qanunvericiliyin tələbləri doğru-düzgün icra olunsun. Qanunvericiliklə bağlı, hazırki vəziyyətlə bağlı QHT-ləri daim və davamlı olaraq kurslara cəlb edirik. Onlarla biz dialoqdayıq və bütövlükdə praktikada hər hansı bir məsələ ortaya çıxarsa, onun həlli ilə bağlı öz səlahiyyətlərimiz çərçivəsində addımlar atırıq.

Amerikanın Səsi: Amma bununla yanaşı Azərbaycan qanunvericiliyinə, xüsusilə də vətəndaş cəmiyyəti, QHT-lərlə bağlı qanunvericiliyə dəyişikliklər həm beynəlxalq ekspertlər, həm yerli təşkilatlar tərəfindən ciddi tənqidlə qarşılanıb. Buna münasibətiniz necədir?

Bu gün ümumi çərçivəni zədələmədən nələri isə yaxşılaşdırmaq mümkündürsə bunları biz edə bilərik.

Azay Quliyev: Bilirsiniz, elə bugünkü hesabatı götürək. Hesabatda da (Avropa Şurası və Avropa İttifaqının layihəsi çərçivəsində beynəlxalq ekspertlər tərəfindən hazırlanmış “QHT-lərə dair Azərbaycan qanunvericiliyinin və təcrübəsinin Avropa Standartlarına uyğunlaşdırlması” adlı tövsiyəsə nəzərdə tutulur-red) çoxlu sayda tənqidlər var. Amma təəssüflər olsun ki, bu tənqidlərin bir çoxu əsaslı deyil. Hətta, onların təklif etdiyi tövsiyələr çox ciddi şəkildə ziddiyyətlərlə zəngindir, ziddiyyətlərlə doludur. Bir çox hallarda heç həqiqətə də uyğun deyil. Elə maddələrlə bağlı burada məsələ qaldırblar ki, həmin maddələr ümumiyyətlə Azərbaycan qanunvericiliyində yoxdur. Yaxud, elə bir bəsit iradlar irəli sürürlər ki, bunlar ümumiyyətlə dünyada qəbul olunmuş ümüumi unversal dəyərlərlə, Azərbaycanın qoşulduğu beynəlxalq konvensiyalarla tənzimlənir. Ona görə də bir çox hallarda əlbəttə ki, bu cür əsassız iddialarla və ittihamlarala biz rastlaşırıq. Amma, bütövlükdə bəzən, əlbəttə ki, QHT-lərlə bağlı problemlər də var. Bunları da biz etiraf edirik. Qaldırılan tövsiyələrin bəziləri əlbəttə, qəbul oluna bilər, müzakirəkləri aparıla bilər, nəzərə alına bilər. Mən çıxışımda da qeyd etmişəm. Qanunvericviliyin təkmilləşdirilməsi birdəfəlik akt deyil. Bu bir prosesidr. Əgər, 3-4 il qabaq belə bir zərurət meydana gəlmişdirsə, qanunvericiliyə bu cür dəyişiklik edilmişdirsə, bu bir praktikadır. Bu gün ümumi çərçivəni zədələmədən nələri isə yaxşılaşdırmaq mümkündürsə bunları biz edə bilərik. Prezident yanında QHT-lərə Dövlət Dəstəyi Şurası hazırda bu istiqamətdə işini davam etdirir. Bir çox sahələrdə QHT-lərin əlçatanlığını təmin etmək üçün, QHT-lərin qeydiyyat prosedurunun sadələşdirilməsi üçün, QHT-lərin maliyyə resurslarına çıxışını asanlaşdırmaq üçün, eyni zamanda onların praktiki fəaliyyətində olan mövcud əngəlləri, problemləri aradan qaldırmaq üçün təkliflər hazırlayırıq. Onları da yəqin ki, biz zaman-zaman müşahidə edəcəyik.

Amerikanın Səsi: Vətəndaş cəmiyyəti ilə hökumətin dialoqu sahəsində hansı irəliləyişlər gözləmək olar?

Palatforma açıq bir qurumdur. İstənilən QHT dünya görüşündən, siyasi yanaşmasından, hökuməti tənqid edib-etməməsindən asılı olamayaraq platformaya üzv ola bilər.

Azay Quliyev: Ötən ilin sentyabrında çox unikal bir dialoq platforması yaradılıb. Niyə unikal deyirəm? Ona görə ki, ilk dəfə idi ki, bir tərəfdən vətəndaş cəmiyyətinin nümayəndələri digər tərəfdən hakimiyyətin hər üç qanadının mümayəndələri bir araya gələrək, vətəndaş-hökumət dialoq platforması təsis etdilər. İlk dəfə idi ki, həm qanunverici hakimiyyətin, həm icra hakimiyyətinin, həm də məhkəmə hakimiyyətinin nümayəndələri bir platformada vətəndaş cəmiyyətinin nümayəndələrini tərəfdaş olaraq qəbul etdilər. Onlar bütövlüklə həm vətəndaş cəmiyyətini, həm də dövləti və bütövlükdə cəmiyyəti maraqlandıran məsələlərlə bağlı daim dialoqda olmaq haqqında qərar verdilər. Bu çox maraqlı bir platformadır. Hesab edirəm, bu platforma son illər bir çox mühüm nailiyyətlərə imza atıb. Xüsusilə, QHT-lərin cari fəaliyyətlərindəki problemlərin aradan qaldırılması, qanunvericiliklə bağlı yeni təşəbbüslərin irəli sütrülməsi, xüsusilə cənab prezident tərəfindən tətbiq edilən “vahid pəncərə” sisteminin, yəni xarici donorların qrant müqaviləsinin qeydiyyatı ilə bağlı “vahid pəncərə” sisteminin tətbiqi ilə bağlı palatforma çox önəmli təkliflərlə çıxış etdi. O təkliflər nəzərə alındı. Əlbəttə, bu davam olunmaldır. Hesab edirəm ki, palatforma açıq bir qurumdur. İstənilən QHT dünya görüşündən, siyasi yanaşmasından, hökuməti tənqid edib-etməməsindən asılı olamayaraq platformaya üzv ola bilər.

Amerikanın Səsi: Azərbaycan qanunvericiliyinin tövsiyələrdə təklif edildiyi kimi beynəlxalq standartlara uyğunlaşdırılması istiqamətində hansı işlər görülür? Milli Məclisdə QHT-lərlə bağlı yeni qanunvericilik təşəbbüsləri varmı?

Sosial sifariş haqqında” qanun layihəsinin qəbulu daha realdır.

Azay Quliyev: Bəli, Milli Məclisə şəxsən mən üç qanun layihəsi təqdim etmişəm. Bunlardan biri, “Sosial sifariş haqqında”, ikincisi “Xeyriyyəçilik fəaliyyəti haqqında”, üçüncüsü “Peşə bilikləri haqqında” qanun layihələridir. Onların hər üçü bilavasitə vətəndaş cəmiyyəti institutlarının tənzimlənməsi və təkmilləşdirilməsinə və onlara yönəlik hüquqi mühitin yaxşılaşdırılmasına yönlən qanunvericilik təşəbbüsləridir. “Sosial sifariş haqqında” qanun layihəsinin qəbulu daha realdır. Bu sənəd ötən il parlamentin iş planına daxil edilib. Mümkün sayıram ki, sentyabr ayında biz bu məsələyə baxa bilərik və Milli Məclisin payız sessiyasının fəaliyyət planına daxil edə bilərik. Digər tərəfdən də əlbəttə, qanunvericiliyə bu və ya digər əlavə və dəyişikliklər təşəbbüsü də var. Eyni zamanda, hazırda Maliyyə Palatasının məktubu bu gün QHT-lər tərəfindən ciddi müzakirə olunur. Həmin məktuba əsasən QHT-lərin naqğdsız ödəniş aparmaq limiti demək olar ki, aradan qaldırılır. QHT-lər demək olar ki, hər hansı bir kiçik vəsaiti də bank vasitəsi ilə ödəmək tələbi ilə qarşı-qarşıyadır. Bu məsələləri indi biz araşdırırıq. Burada ciddi narahatçılıqlar var. Bu narahatçılığı aradan qaldırmaq üçün aidiyyatı qurumlarla dialqomuzu davam etdirəcəyik. Bütövlükdə bu bir prosesdir. Əgər QHT-lərin bu və ya digər formada təklifləri varsa, Dövlət Dəstəyi Şurası həmin təklifləri müzakirə etməyə hazırdır.

Dünyaya Baxış

Dünyaya Baxış. Ukrayna Rusiyanın 26 pilotsuz təyyarəsini vurduğunu bildirib
please wait

No media source currently available

0:00 0:10:31 0:00

Amerika İcmalı

Amerika İcmalı. Ukraynaya dəstək və yardım. NATO baş katibinin Cənubi Qafqaza səfəri.
please wait

No media source currently available

0:00 0:29:43 0:00
XS
SM
MD
LG