Accessibility links

Azərbaycan Aİ ilə saziş imzalasın, Dünya Ticarət Təşkilatına, NATO və Avropa Birliyinə üzv olsun - QHT-lərin müraciəti


Avropa İttifaqı və Azərbaycan bayraqları
Avropa İttifaqı və Azərbaycan bayraqları

Vətəndaş cəmiyyəti institutlarının bir qrupu Respublika Günü münasibəti ilə hakimiyyətə müraciət ünvanlayıb

Azərbaycanın vətəndaş cəmiyyəti institutlarının bir qrupu 28 May - Respublika Günü münasibəti ilə hakimiyyətə müraciət ünvanlayıb. Azərbaycan Demokratik Respublikasının (ADR) qurulmasından 96 il keçir.

Müraciətdə deyilir ki, bir zamanlar ADR-in qurucuları arzu edirdi ki, tezliklə Azərbaycan azadlıq və qanunun aliliyinin yüksək səviyyədə təminatına görə regionda örnək olan bir ölkəyə çevriləcək.

“Belə məqsədləri qarşıya qoyan ADR nəinki regionda, hətta bütövlükdə Şərq dünyasında demokratik dəyərlərin təcəssümü ilə seçilirdi. Belə ki, o zamankı hökumətdə inzibati zorakılıqlar və ya korrupsiya halları aşkara çıxarılan halda, ən yüksək vəzifəli şəxslər, Fətəlixan Xoyski kimi Cümhuriyyət qurucuları, nazirlər istefaya gedirdi.

Hələ 20-ci əsin əvvəllərində xeyriyyəçi Hacı Zeynalabdin Tağıyev Parisə səfər edərkən oranın zəngin mağazaları, parıltılı küçələri, gözəl fasadlarına deyil, liberal dəyərlərə - fərdlərin azadlığına, qarşılılı hörmətə heyran olmuşdur”.

Sənəddə bildirilir ki, hazırda ölkədə baş verən bəzi proseslər bir əsr bundan əvvəl qurulan dövlətçilik prinsiplərindən və demokratik ənənələrdən daha da uzaqlaşmağa doğru aparır. Odur ki, bütün bunları narahatçılıqla müşahidə edərək, aşağıdakı tendensiyalara diqqətinizi cəlb etmək istərdik.

Hazırda siyasi və ictimai fəallarin, gənclərin, jurnalistlərin, şəffaflıq və korrupsiyaya qarşı mübarizə aparanların, insan haqqları müdafiəçilərinin təqib və təzyiqlərə məruz qalması Azərbaycanın imicini korlayır. Müasir texnologiyaların tətbiqinin genişləndiyi hazırkı şəraitdə insan haqqlarının pozulması barədə məlumatlar elə həmin dəqiqə bütün dünyaya yayılır və son zamanlar baş verənlər ölkənin adına ləkə gətirir.

Biz, Azərbaycanın hakimiyyət dairələrində qərarvermə prosesində rolu olan hər kəsə müraciət edirik ki, ölkədə baş verənlərə görə məsuliyyət hissini dərk edərək təxirəsalınmadan aşağıdakı addımları atsınlar:

Siyasi motivlərə görə həbs edilən məhbuslar dərhal azad edilsin;

Fundamental insan haqları və azadlıqları - ifadə, birləşmək, toplaşmaq azadlıqları və özəl mülkiyyətin toxunulmazlığı təmin edilsin;

Korrupsiya ilə, inzibatçılıqla ciddi mübarizə başlansın; azad sahibkarlığın inkişafı, daxili bazarda və xarici ticarətdə inhisarçılığın aradan qaldırılması üçün dövlət rəqabəti dəstəkləsin;

QHT-lərin dövlət qeydiyyatının tələbi ləğv edilsin, vergi yükü azaldılsın və bu sahədə mövcud olan problemləri təznimləyən yüksək Avropa standartlarına cavab verən qanunlar qəbul edilsin;

Azərbaycan Avropa İttifaqı ilə Assosiasiya Sazişini tezliklə imzalasın, Dünya Ticarət Təşkilatına daxilolma prosesini sürətləndirsin, NATO və Avropa Birliyinə üzvlük niyyətini açıqlasın;

Azərbaycan ictimayyəti ölkədə baş verən korrupsiya və insan haqqları pozuntularını tamam qəbulolunmaz sayır və yuxarıda göstərilən addımların atılmasının vacibliyini bəyan edir.

Müasir tarix onu göstərir ki, bu kimi islahatların keçirilməsinin gecikdirilməsi xalq və dövlət üçün faciəvi nəticələrə gətirib çıxarda bilər.

Dünyaya Baxış

Dünyaya Baxış. Rusiya Belqorodda Ukraynanın hava hücumunun qarşısını aldığını bildirib
please wait

No media source currently available

0:00 0:12:17 0:00

Amerika İcmalı

Amerika İcmalı. Ukraynaya dəstək və yardım. NATO baş katibinin Cənubi Qafqaza səfəri.
please wait

No media source currently available

0:00 0:29:43 0:00
XS
SM
MD
LG