Accessibility links

Ən yaşlı akrobat kimi Qinnes rekordlar kitabında yer alan 86 yaşlı qadın


Ən yaşlı akrobat kimi Qinnes rekordlar kitabında yer alan 86 yaşlı qadın
please wait

No media source currently available

0:00 0:02:19 0:00

Ən yaşlı akrobat kimi Qinnes rekordlar kitabında yer alan 86 yaşlı qadın

Kaliforniya sakini Betty Qudhart təqaüd adamı deyil. 86 yaşlı bu qadın havada süzərkən sanki dünyada heç bir dərdi yox imiş kimi görünür. Bu hobbisi Bettini ən ağır anında həyata qaytarıb.

Betti aktobatika ilə uşaqlıqdan məşğul olub. Valideynləri onu sirk oyunlarına yazdırır. Betti həyatı boyu atlet olub. 8 yaşında fiqurlu konkisürməyə başlayıb və 10 illərlə bu sahədə fəaliyyətini davam etdirib.

Həyat yoldaşının vəfatından sonra Bettinin akrobatlığı ona ağır depressiyadan çıxmağa yardım edib.

"Bu, beyninizi harada olduğuna deyil, nə etdiyinizə yönəldir. Sahib olduğumu itirdiyimə görə çox kədərli idim. Lakin mən olduqca əyləncəli, həttə imkansız bir iş görürəm. Gecələri kədərlənmədən rahat yata bilirəm.…"

9 il əvvəl Bettinin dostları ona məktəbdə pulsuz akrobatika dərsləri vermək üçün kupon bağışlayır.

"Çox qorxdum. Hamı qorxdu. Bu, normal bir qorxu idi. Çünki komfort zonamdan çıxmalı idim. Lakin çox gözəl bir hissiyat idi!"

Təlimatçı Deyv Ayers deyir ki, ilk dəfə Bettiyə yardım edərkən onun yıxılacağından çox qorxmuşdu.

"Bu, təhlükəsiz idmandır. Lakin yaşlı qadınların ombaları qırılır və onlar yıxılırlar. Başlanğıcda diqqət buna yetirilirdi. Onun zədələnmədiyindən əmin olmaq. "

Lakin idmançı keçmişi, dissiplini və səbri Bettiyə yeni layihədə uğur qazandırıb. 2019-cu ildə Qinnes rekordlar kitabına adı salınan Betti akrobatika ilə məşğul olan ən yaşlı qadın adını qazanıb.

"Ümid edirəm ki, insanlar məni gördükdə mən ondan nə ilə fərqlənirəm? - deyə, düşünsünlər. Sağlamlığım yerindədir. Düşünsünlər ki, o bunu edir, mən nə edə bilərəm?"

Qudhart inanır ki, nəyə isə nail olmaq istəyirsinizsə, inam və davamlı təlimlər mühümdür. O deyir ki, qalib keçmişdə məğlub olandır. Sadəcə bir daha sınamağa ehtiyac var.

XS
SM
MD
LG