Accessibility links

Ginsburq ABŞ Senatında vida mərasimi keçirilən ilk qadındır


ABŞ Ali Məhkəməsinin vəfat etmiş hakimi Rut Beyder Ginsburqun tabutu cümə günü səhər ABŞ Kapitoli binasına gətirilib. O ABŞ Senatında vida mərasimi keçirilən ilk qadındır.

Cümə günü Kapitolinin Milli Heykəl Zalında Ginsburqun ailəsi və dəvət olunmuş qonaqlar üçün xüsusi bir mərasim keçirilir. Onun tabutu 1865-ci ildə qətlə yetirilən Prezident Abraham Linkolnun tabutu üçün tikilmiş eyni taxta platformada dayanacaq.

Prezidentliyə Demokrat namizəd Co Bayden və həyat yoldaşı Cill də mərasimə qatılıb.

Koronavirus səbəbi ilə mərasimə dəvət olunanların sayını məhdudlaşdırılıb.

ABŞ Ali Məhkəməsinin verdiyi açıqlamada Ginsburqun gələn həftə Arlinqton Milli Məzarlığında xüsusi bir mərasimlə dəfn ediləcəyi bildirilib.

Ginsburqun tabutu ictimaiyyətin öna ehtiramını bildirməsi üçün iki gün Ali Məhkəmədənin önündə saxlanılıb.

ABŞ prezidenti Donald Tramp və həyat yoldaşı Melaniya cümə axşamı Ali Məhkəmədə Qinsburqun vida mərasiminə qatıldlğı zaman kütlə "səs verib onu kənarlaşdırın" deyə qışqırıb.

Maska taxmış prezident məhkəmə binasının pilləkənlərinin yuxarı hissəsində Ginsburqun tabutunun yanında dayanaraq heç bir açıqlama verməyib.

Ginsburq üçün çərşənbə günü Ali Məhkəmənin Böyük Salonunda ailəsi və iş yoldaşlarının qatıldığı xüsusi bir vida mərasimi keçirilib.

Ginsburq ötən cümə 87 yaşında metastatik pankreas xərçəngindən vəfat edib. O, ölkənin ən yüksək məhkəməsində 27 illdir hakimlik edirdi.

Ginsburqun məhkəmənin liberal azlığının lideri statusu və hakimlik karyerasından öncə də Amerikada həyatın bütün sahələrində qadınlar və qızlar üçün qanuni bərabərlik axtarması ona "Notorious R.B.G." ləqəbini qazandırıb.

Ginsburqun ölümü onun Ali Məhkəmədəki yeri üzərində siyasi döyüşə səbəb olub.

Tramp və Senat respublikaçıları 3 noyabr prezident seçkiləri öncəsi məhkəməyə mühafizəkar çoxluq qazandıracaq yeni bir hakimi təsdiqlədiklərini söyləyiblər.

Tramp çərşənbə axşamı verdiyi açıqlamada bildirib ki, o, şənbə günü omülürk təyin olunacaq hakimin adını açıqlayacaq.

Şərhlərə bax

XS
SM
MD
LG