Accessibility links

Beynəlxalq Qırmızı Xaç Komitəsinin həkimləri Saleh Rüstəmlini müayinə ediblər


Saleh Rüstəmov
Saleh Rüstəmov

Beynəlxalq Qırmızı Xaç Komitəsinin Bakı nümayəndəliyinin həkimləri müalicə müəssisəsində saxlanılan siyasi məhbus Saleh Rüstəmlini müayinə ediblər. Bu barədə vəkil Bəhruz Bayramov bildirib.

"Qırmızı Xaç həkmləri bildiriblər ki, uzunmüddətli aclıq ciddi fəsadlar verib və Saleh Rüstəmliyə aylarla normal şəraitdə müalicə lazımdır. Amma elə fəsadlar da var ki, artıq müalicə mümkünsüzdür", - Bəhruz Bayramov deyib.

Vəkilin sözlərinə görə, Rüstəmli çox zəifdir və otaqdan çıxa bilməyib. "Telefonla danışdıq, müəyyən müalicə alır", - vəkil deyib.

Bu deyilənlərə, hələlik, Penitensiar Xidmətdən və Beynəlxalq Qırmızı Xaç Komitəsinin Azərbaycan bölməsindən münasibət almaq mümkün olmayıb.

Dekabrın 16-da Saleh Rüstəmli aclığı dayandırıb.

Bu barədə Amerikanın Səsinə müstəqil həkim, tibb elmləri doktoru Adil Qeybulla onunla görüşdən sonra bildirib.

“Bu gün Saleh Rüstəmli həm onun ətrafında aclıq edənlərin, qohumlarının durumunu, qardaşının səhhətində yaranmış ciddi problemləri, həmçinin səhhətində yaranmış dəyişiklikləri və ailə üzvlərinin təkidli xahişlərini nəzərə alaraq aclığı dayandırdı,” Qeybulla qeyd edib.

O, Rüstəmlinin komaya düşməsi ilə bağlı yayılan məlumatları təkzib edib.

Həkim hesab edir ki, Rüstəmli tərəfdən bir addım atılıb.

Saleh Rüstəmli, həbsxanada 41 gündür aclıq edirdi, dekabrın 13-dən quru aclığa keçmişdi. Rüstəmli 17 kiloqramdan çox çəki itirib. Həkimlər onun komaya düşməməsi, bədənində mayenin azalmaması üçün əlavə müalicə aparırdı.

Azərbaycan Xalq Cəbhəsi Partiyasının tərəfdarı Saleh Rüstəmli 2018-ci ilin mayında həbs edilib və "AXCP-nin qanunsuz maliyyələşdirilməsi" haqqında iş üzrə 7 il 3 ay müddətinə azadlıqdan məhrum edilib.

Hüquq müdafiəçiləri onu siyasi məhbus kimi tanıyıb.

Noyabrın 6-dan etibarən o, azad edilməsi tələbi ilə müddətsiz aclığa başlayıb, dekbarın 13-də quru aclığa keçib, maye qəbulundan imtina edib. Rüstəmli quru aclığa keçən zaman onun ailə üzvləri və fəallar dəstək üçün aclığa başladıqlarını elan edib. Fəallar aclığı 4-cü gündür davam etdirir.

Amerika İcmalı

Amerika İcmalı. ABŞ-Yaponiya əlaqələri. ABŞ-ın Azərbaycan-Ermənistan sülh prosesində rolu.
please wait

No media source currently available

0:00 0:30:13 0:00
XS
SM
MD
LG