Accessibility links

Beynəlxalq Qırmızı Xaç Komitəsinin bəyanatı


Bu gün biz iki həftədən çoxdur ki, gərgin və çox təəssüf ki, Dağlıq Qarabağ münaqişəsi böyüdükcə şiddətin artdığının şahidi oluruq. Artıq bölgədə yüz minlərlə insanın təsirləndiyini görürük.

Mülki insanlar ölür və ya həyatlarını dəyişdirən xəsarət alır. Evlər, müəssisələr və vaxtilə insanların çox olduğu küçələr viranəliyə çevrilir. Yaşlılar və körpələr saatlarla soyuq zirzəmilərdə qalan və ya təhlükəsizlik üçün evlərini tərk etməyə məcbur olanlar arasındadır.

Bundan əlavə səhiyyə müəssisələri, səhiyyə işçiləri və təcili yardım xidmətləri yerlərdə birbaşa hücumların öhdəsindən gəlməyə çalışır və hətta zərbələrə məruz qaldıqlarını bildirir. Təmas xəttinin hər iki tərəfindəki icmalarda təlatüm, itki və qorxu yaşanır.

Beynəlxalq Qırmızı Xaç Komitəsi öldürülənlərin cəsədlərinin təhvil verilməsinə və məhbusların sərbəst buraxılmasına kömək etməyə hazırdır. Tərəflər öz aralarında format barədə razılığa gəlməlidir.

Onlarla davamlı müzakirələr, təkliflərin mübadiləsini aparırıq. Əməliyyatın başlaması üçün maddi-texniki tənzimləmələr aparılmalı və komandalarımızın təhlükəsizliyi təmin edilməlidir.

Siyasi danışıqlarda iştirak etmirik. Bizim rolumuz neytral vasitəçi kimi ciddi humanitar xarakter daşıyır. Dünyadakı münaqişələrlə bağlı təcrübəyə sahibik.

Bu fövqəladə vəziyyətə cavab olaraq Ermənistanın Qırmızı Xaç və Azərbaycanın Qızıl Aypara Cəmiyyətləri ilə yaxından iş aparırıq.

Proqnozlaşdırırıq ki, bölgədəki ən az on min insanın yaxın bir neçə ay ərzində dəstəyə ehtiyacı olacaq.

Bu məqsədlə əlavə 9,2 milyon İsveçrə frankına təcili müraciət etdik və artıq hökumətlərdən səxavətli ianələr almağa başladıq, buna görə çox minnətdarıq.

Şərhlərə bax

XS
SM
MD
LG