Accessibility links

Rusiyanın 2018 Qış Olimpiya Oyunlarında iştirakı qadağan edilib [Video]


Rusiyanın 2018 Qış Olimpiya Oyunlarında iştirakı qadağan edilib
please wait

No media source currently available

0:00 0:02:52 0:00

Rusiyanın 2018-ci ildə Cənubi Koreyada keçiriləcək Qış Olimpiya Oyunlarda iştirakı qadağa edilib. Beynəlxalq Olimpiya Komitəsinin 18 ay müddətində davam edən təhqiqatı Moskvanın anti-dopinq proqramı ilə manipulasiya etdiyini aşkarlayıb. Rusiya bu qərarı qəzəblə qarşılayıb və Beynəlxalq Olimpiya Komitəsini anti-Rusiya kampaniyasının bir parçası olmaqda ittiham edib.

Beynəlxalq Olimpiya Komitəsinin qərarı ərəfəsində Rusiyanın hokkey komandaları internetdə “Biz olimpiadada iştirak etmək istəyirik” mesajı ilə videolar yayıblar. Amma onların etirazı boşuna oldu.

“Rusiyada anti-dopinq siyasətinin sistemli manipulasiya edilməsi Olimpiya Oyunlarının dürüstlüyünə qarşı presidentsiz bir hücum idi. Ona görə də Beynəlxalq Olimpiya Komitəsinin icraçı heyəti Rusiya Olimpiya Komitəsinin olimpiadada iştirakını qadağan etmək qərarı verir.”

Keçən il Rusiyanın anti-dopinq laboratoriyasının direktoru Qriqori Rodçenkov etiraf etmişdi ki, rusiyalı idmançılar Moskvanın kəşfiyyat agentliklərinin köməkliyi ilə dopinq sxemindən faydalanıblar.

“Rusiyanın Soçi Olimpiadasında qazandığı medalların təxminən üçdə biri ləğv edilib.”

Beynəlxalq Olimpiya Komitəsinin qərarına əsasən dopinq istifadə etmədiklərini sübut edə biləcək rusiyalı idmançılar 2018-ci il Qış Oyunlarında Olimpiya bayrağı altında iştirak etmək hüququna malik olacaqlar. Lakin Rusiya Olimpiya Komitəsinin rəhbəri inanır ki, bu qadağa ləğv ediləcək.

Jukov Beynəlxalq Olimpiya Komitəsinin üzvlüyündən çıxarılıb. Rusiya baş nazirinin müavini Vitali Mutkoya isə Olimpiya Oyunlarında hər hansı növdə iştirakına ömürlük qadağa qoyulub. İdman naziri olan Mutko Soçi dopinq proqramına nəzarət etməkdə ittiham edilir.

“2014-cü ildə elə bir təəsürat var idi ki, onlar oyunların tarixdə ən yaxşı olmasını istəyirdilər. Təbii ki, onlar həm də rusiyalı idmançılarının bu oyunlarda uğur qazanmasını istəyirdilər. İndi isə biz onların buna necə nail olduqlarını bilirik.”

Beynəlxalq Olimpiya Komitəsi Rusiyanın 2016 Rio Olimpiadasında iştirakını qadağan edə bilməmişdi. 2018 Qış Oyunlarında isə bu daha asan qərar oldu.

“Qış Oyunları daha az ölkəni əhatə edir. Ona görə də Rusiyanın bu oyunlarda iştirakına qadağa qoyulması Yay Oyunlarından məhrum edilməsi isə qədər faciəvi deyil. Bu sadəcə bir bəyanatdır.”

Buna baxmayaraq, Rusiyanın Olimpiadada iştirak etməməsi hiss olunacaq. Xüsusilə də ABŞ ilə hokkey rəqabəti mövzusunda.

“Bu hamının zövq aldığı, 1970-ci illərdən başlayan bir rəqabətdir. Rusiyanın qırmızı maşını buz üzərində möcüzədir. Amma buna baxmayaraq Amerikanın kollec komandası qızıl medal qazana bilmişdi.”

Beynəlxalq Olimpiya Komitəsinin qərarı digər idman qurumlarını utandırmaq riski ortaya qoyub. Məsələn bu skandalda adı çox hallanan Vitali Mutko 2018-ci il futbol üzrə dünya çempionatını əsas təşkilatçısıdır.

XS
SM
MD
LG