Accessibility links

"Kazuo İşiquronun əsərləri xalis ədəbiyyatdır" [Audio-Müsahibə]


Qismət Rüstəmov
Qismət Rüstəmov

2017-ci il ədəbiyyat üzrə Nobel mükafatının qalibi yapon əsilli Britaniya yazıçısı Kazuo İşiquro seçildi. Amerikanın Səsinə müsahibə verən şair, tərcüməçi Qismət Rüstəmov mükafat qalibini seçmə prinsipləri və builki nəticələr haqqında danışıb.

İnsanlar arasında təkcə ədəbiyyat deyil, digər sahələr üzrə də Nobel mükafatını siyasi məqsədlərə xidmət etmək üçün verilməsi fikrinə münasibət bildirən Qismət Rüstəmov düşünür ki, bütün mükafatlar kimi Nobel mükafatında da zaman-zaman siyasi nüanslar nəzərə alınır.

"Kazuo İşiquronun əsərləri xalis ədəbiyyatdır"
please wait

No media source currently available

0:00 0:09:35 0:00

“Vaxtı ilə Aleksandr Soljenitsınə və ya Svetlana Alekseyeviçə verilən mükafatda da bu cür siyasi motivləri görmək mümkündür. İngilis yazıçı Tim Parks “Nobelin qüsuru nədədir?” adlı yazısında da qeyd edir ki, İsveç Kral Akademiyasının 15-16 isveçli üzvündən ibarət heyət bütün dünyadakı mədəni-ədəbi hadisələrin hamısına bir ilin içində reaksiya verə bilməz.”

Lakin bu cür yanaşmanın subyektiv yanaşma olduğunu qeyd edən şair-esseist əlavə edir ki, belə nüfuzlu bir mükafatın qiyməti cəhətli odur ki, bu mükafat sayəsində hər hansı üst səviyyəli fikir adamı qısa bir müddətdə çox böyük kütlələrə tanıdıla bilir.

“Belə bir mükafatın olması ədəbiyyatın ən azı ildə bir dəfə gündəmə gəlməsi, ədəbiyyat haqqında müzakirələrin aparılması deməkdir. Bunun da təsirləri cəmiyyətə sirayət edir.”

Dünyada hansısa məşhur yazıçı mükafat alanda hətta ağız da büzürlər ki, bu kimdir, biz tanımırıq və biz tanımırıqsa nəsə qeyri-ciddi adamdır.

Qismət bəyin sözlərinə görə, Nobeli alan hər bir yazıçının dünyanın bir nömrəli yazıçısı kimi qiymətləndirmək də düzgün deyil.

“Ədəbiyyatda mükafat anlayışı istənilən halda subyektiv anlayışdır. Məsələn, Soljenitsına verilən mükafat Borxes və Nabokov kimi yazıçılara verilməyib.”

Azərbaycan oxucusunun çox zaman Nobel qazanan yazıçının özü və ya əsərləri haqqında məhz mükafat verildikdən sonra tanış olmasına fikir bildirən Qismət Rüstəmov bunu Azərbaycanda kitab bazarının və tərcümə sektorunun inkişaf etməməsi ilə əlaqələndirir.

“Türkiyədə İşuquronun 10-dan artıq əsəri tərcümə olunub. Biz də isə hər hansı bir yazardan onun müəllif hüquqlarını almaq, onu geniş kütləyə təqdim etmək kimi bir sistem yoxdur. Biz özfəaliyyət tərcümələrinin sayəsində dünyanın müasir yazıçılarını tanımağa məcbur oluruq.”

Murakamini o qədər də böyük ədəbiyyat hesab eləmirəm

Qismət Rüstəmov Nobel mükafatının nəticələri açıqlanmadan öncə bukmeykerlərin göstərdiyi siyahıda yapon yazıçı Murakaminin adının çox hallanmasına baxmayaraq sonda qalibin yapon əsilli ingilis yazar Kazuo İşiquro olmasının çox insanı təəccübləndirdiyini bildirib. Tərcüməçinin sözlərinə görə, nəticələrin bu cür olması bir ədəbiyyat insanı kimi onu sevindirib.

“Murakami daha çox estrada və populyar ədəbiyyat tipidir. İşiquro isə ciddi müəllifdir və 21-ci əsrin mövzularından yazır. Son 50 ildə ingiliscə yazılmış 100 ən yaxşı romanın müəllifidir. Onun “Never let me go”(Məni getməyə qoyma) bir əsəri ölməmişdən əvvəl oxunmalı olan 1001 kitabın arasında düşüb. Mənim üçün sevindirici cəhət isə odur ki, İşiquro yeni paradiqmanı, yeni istiqaməti təmsil edən yazıçıdır. Yəni, o ənənəvi, bir qatlı, sosialist, realist, üslubunda yazılan ədəbiyyat deyil.”

Yapon əsilli Britaniya yazıçısı Kazuo İşiquro Londondakı evinin qarşısında sualları cavablandırır. 5 Oktyabr, 2017
Yapon əsilli Britaniya yazıçısı Kazuo İşiquro Londondakı evinin qarşısında sualları cavablandırır. 5 Oktyabr, 2017

Şair Qismət Rüstəmov builki Nobel mükafatı namizədləri arasında tez-tez adı çəkilən Pol Osterin son 4321 adlı kitabından sonra növbəti il qalib olma şanslarını dəyərləndirib.

"Pol Oster son müsahibələrindən birində demişdi ki, mən son romanımı ömrümün sonuncu kitabı kimi yazmışam, ona görə də həm həcmcə böyükdür, həm də bütün gücümü bura qoymuşam. Mən düşünürəm ki, Oster gələn il Buker mükafatını alacaq və inanmıram ki, Buker mükafatını aldıqdan sonra Amerikalı yazara yenidən Nobel mükafatı verələr."

XS
SM
MD
LG