Accessibility links

NİDA-çı Qiyas İbrahimovun apellyasiya məhkəməsi başlayıb [Video]


Qiyas İbrahim
Qiyas İbrahim

Noyabrın 10-da NİDA Vətəndaş Hərəkatının fəalı Qiyas İbrahimovun Bakı Apellyasiya məhkəməsində Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmündən verilən apellyasiya şikayəti üzrə ilkin baxış iclası keçirilib.

Amerikanın Səsinin müxbirinin məhkəmədən verdiyi məlumata görə, bugünkü prosesdə vəkili Elçin Sadıqov Qiyas İbrahimovla bağlı prosesin qismən istintaqla aparılması, gənc fəala bəraət verilməsi, iş üzrə əlavə şahidlərin çağırılması, narkotik maddənin istifadəyə yararlı olub-olmaması ilə bağlı ekspertizanın təyin olunması və narkotik olan torbadakı əl izləri ilə İbrahimovun əl izlərinin eyni olub-olmamasının müəyyən edilməsi barədə vəsatətlər verib.

Məhkəmə vəsatətləri təmin etməyib. Məhkəmənin baxış iclası dekabrın 26-na təyin edilib.

Apellyasiya şikayətində Qiyas İbrahimova bəraət verilməsi xahiş olunub.

NİDA Vətəndaş Hərəkatının üzvləri Qiyas İbrahimov və Bayram Məmmədov bu il mayın 10-u gecə saatlarında sabiq prezident Heydər Əliyevin abidəsinə yazılmış şüardan sonra saxlanılıblar. Hər iki gənc narkotikin qanunusuz dövriyyəsində ittiham olunur.

NİDA-çı Qiyas İbrahimovun apellyasiya məhkəməsi başlayıb
please wait

No media source currently available

0:00 0:01:40 0:00

Dövlət ittihamçısının 9 il həbs istəməsinə baxmayaraq bu il oktyabrın 25-də Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Ənvər Seyidov Qiyas İbrahimovun 10 il azadlıqdan məhrum edilməsi barədə hökm çıxarıb.

Amnesty International Qiyas İbrahimovu və Bayram Məmmədovu "vicdan məhbus"u elan edib.

Qurum hesab edir ki, gənclərə qarşı narkotik ittihamı saxtadır.

"Gəncləri siyasi fəaliyyətinə görə cəzalandırmaq yeganə məqsəd olub", Amnesty İnternational qeyd edib.

XS
SM
MD
LG