Accessibility links

Qiyas İbrahimovun apellyasiya şikayətinə baxılacaq


Qiyas İbrahimov (İllustrasiya meydan.tv saytından götürülüb)

Bakı Apellyasiya Məhkəməsində hakim Vüqar Məmmədovun sədrliyi dekabrın 13-də Qiyas İbrahimovun apellyasiya şikayətinə ilkin baxış olacaq.

Vəkil Elçin Sadıqov facebook səhifəsində yazıb ki, "Qiyas İbrahimovun əsassız və qanunsuz olaraq 10 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum olunması ilə bağlı Bakı Ağır Cinayətlər Məhkəməsinin

Heydər Əliyevin heykəli
Heydər Əliyevin heykəli

25 oktyabr 2016-cı il tarixli hökmündən verdiyim apellyasiya şikayətinə ilkin baxış iclası Bakı Apellyasiya Məhkəməsinin hakimi Vüqar Məmmədovun sədrliyi ilə 13 dekabr 2016-cı il tarixə saat 15.00-a təyin edilib".

NİDA Hərəkatının üzvləri Bayram Məmmədov və Qiyas İbrahimov mayın 10-u gecə saatlarında sabiq prezident Heydər Əliyevin abidəsinə yazılmış şüardan sonra saxlanılıblar.

Fəallar narkotik maddələrin qanunsuz dövriyyəsində ittiham olunurlar.

Bayram Məmmədovun cinayət işinə hazırda Bakı Ağır Cinayətlər Məhkəməsi baxır və dövlət ittihamçısı fəala 10 il 6 ay həbs istəyib.

Dünyaya Baxış

Dünyaya Baxış. Nyu Yorkda böyük münsiflər məhkəməsi Trampa ittiham irəli sürüb
please wait

No media source currently available

0:00 0:11:51 0:00
XS
SM
MD
LG