Accessibility links

“Zinət əşyaları – Cismin transformasiyası” sərgisi


“Zinət əşyaları – Cismin transformasiyası” sərgisi
please wait

No media source currently available

0:00 0:01:50 0:00

Dəblər və trendlər dəyişir, lakin zinət əşyalarına insanların münasibəti bu və ya digər şəkildə eyni olaraq qalır. Nyu-Yorkun Metropoliten İncəsənət Muzeyində yeni, zinət şyalarının tarixi və insan həyatında rolundan bəhs edən sərgi açılıb. Baş tacları və sırğalar, boyunbağlar və üzüklər, sancaqlar və kəmərlər – bu qədim və müasir, ənənəvi və provokativ zərgərlik işləri insanları həmişə özünə cəlb edib.

Sərgi bu, kiçik ağ-qara şəkillə başlayır. Xanım İrina Yusupovanın bu şəklini amerikalı fotoqraf çəkib. Həmişə olduğu kimi o, boynunda inci olan bu şəkildə də cazibədar görünür. Metropoliten muzeyinin kuratoru Melani Holkomb: “Qrafinya Yusupovanın cinayət törədə biləcək bir qadın olduğu, hətta onun və həyat yoldaşının Rasputini öldürməyə cəhd göstərənlər arasında olduğu da deyilir.”

Burada qalmaqallar və cinayətlər, tarixi və müasir həyatın qaranlıq tərəflərini görmək olur. Zinət əşyalarının insan həyatına təsirindən danışan “Zinət əşyaları – Cismin transformasiyası” adlı sərgi noyabrın ortasında Nyu-Yorkun Metropoliten muzeyində açilib.

Sərgidə nümayiş etdirilən 300-ə qədər ekponatdan hər birinin öz mürəkkəb tarixi var. Muzeyin işçisi Kuinci Hoton: “Biz insanların buradakı əşyaları görəndən və onların tarixini öyrənəndən sonra zinət əşyalarına başqa gözlə baxacaqlarına ümid edirik.”

Qədim mirsirlilət qızılı sevərdilər. Onlar bu parıldayan metalın onların səviyyəsini göstərdiyini düşünür, qızılın onları xəstəliklərdən və pis ruhlardan qoruduğuna inanırdı. “Buradakı əşyalar firoun Üçüncü Tatmosun arvadlarından birinə aiddir. O, bir neçə dəfə evlənmişdi və onun arvadlarından bir neçəsi misirli idi. Bunu etməklə o, Misir və digər qonşu dövlətlərlə münsibətləri yaxşılaşdırmağa çalışırdı” - deyə, muzeyin kuratoru Dayana Kreiq Patç bildirir.

Əsas arvadı və bir neçə ikinci dərəcəli arvadları - fironun həyatı belə idi.

Bu sərgiyə gələn ziyarətçilər buradakı zinət əşyaları ilə insanların statusunu və hüquqlarını müəyyən edə və qızıldan da dəyərli olan mühüm tarixi faktlarla tanış olur.

XS
SM
MD
LG