Accessibility links

2013-cü il "Qızıl top"a Kristiano Ronaldo layiq görülüb


Bu gün "Qızıl top" (Ballon d`Or) mükafatının sahibi müəyyənləşib. Gözlənildiyi kimi mükafat Portuqaliya yığmasının üzvü Kristiano Ronaldoya qismət olub.

FIFA və "France Football" nəşri tərəfindən keçirilən sorğuda "Real"ın ulduzu "Barselona"lı Lionel Messi və "Bavariya"nın üzvü Frank Riberini qabaqlayıb. İkinci yeri Lionel Messi, üçüncü yeri isə Frank Riberi tutub.

Portuqaliya millisinin üzvü səhnəyə çıxan zaman göz yaşlarını saxlaya bilməyib. Ulduz futbolçu bunları dilə gətirib: “İlk növbədə klubdakı və millidəki komanda yoldaşlarıma təşəkkür edirəm. Onların köməyi olmadan bu mümkün olmazdı. Xanımım, dostlarım, oğlum... Bu səviyyəyə yüksəlməyimdə payı olan hər kəsə minnətdaram. Həddən artıq emosional andı. Tək söyləyəcəyim, hamıya təşəkkür edirəm".


Bundan əvvəl 4 il arxa-arxaya argentinalı ulduz futbolçu Lionel Messi bu mükafata layiq görülüb. Ronaldo bundan əvvəl "Qızıl top"u sadəcə bir dəfə - 2008-ci ildə qazanıb.

XS
SM
MD
LG