Accessibility links

Azərbaycan vətəndaşı Gürcüstanda 40 kiloqram qızıl-gümüşlə tutulub


Gürcüstanın Maliyyə Nazirliyinin İstintaq Xidmətinin sədr müavini Vaja Navrozaşvili
Gürcüstanın Maliyyə Nazirliyinin İstintaq Xidmətinin sədr müavini Vaja Navrozaşvili

40 kiloqram qızıl və gümüşdən hazırlanmış ziynət əşyalarını Türkiyə-Gürcüstan sərhədindən qaçaqmalçılıq yolu ilə keçirməyə cəhd edən Azərbaycan vətəndaşı saxlanılıb.

Bu barədə newsgeorgia.ge saytı Gürcüstanın Maliyyə Nazirliyinin İstintaq Xidmətinin rəis müavini Vaja Navrozaşviliyə istinadən məlumat yayıb.

Vaja Navrozaşvili martın 23-də keçirdiyi brifinqdə bildirib ki, Azərbaycan vətəndaşı 36 kiloqram qızıl və 4 kiloqram gümüş məmulatları Türkiyədən gətirib və Sarpi gömrük-keçid məntəqəsindən Gürcüstan ərazisinə keçirməyə cəhd edib. Lakin o saxlanılan Azərbaycan vətəndaşının ad və familyasını deməyib.

“Söhbət ağılagəlməz böyük məbləğdə qiymətli metallardan gedir. Azərbaycan vətəndaşı Gürcüstanın gömrük nəzarətindən 36 kiloqram qızıl, 4 kiloqram gümüş ziynət məmulatları keçirməyə cəhd edib. Qızıl məmulatlarının ümumi dəyəri 2 miliyon lariyə (821,2 min dollar), gümüş məmulatlarının qiyməti isə 20 min lariyə qədərdir (8 min dollardan çox)”, o qeyd edib.

Faktla bağlı cinayət işi qaldırılıb. Saxlanılan şəxsi 5 ildən 7 ilədək həbs gözləyir.

Dünyaya Baxış

Dünyaya Baxış. Ukrayna Rusiyanın 26 pilotsuz təyyarəsini vurduğunu bildirib
please wait

No media source currently available

0:00 0:10:31 0:00

Amerika İcmalı

Amerika İcmalı. Ukraynaya dəstək və yardım. NATO baş katibinin Cənubi Qafqaza səfəri.
please wait

No media source currently available

0:00 0:29:43 0:00
XS
SM
MD
LG