2000-dən artıq hökumət, BMT və biznes liderləri, habelə vətəndaş cəmiyyətləri və beynəlxalq yardım agentliklərinin təmsilçiləri Cenevrədə bir araya gəlib, ilk dəfə Qlobal Qaçqın Forumuna qatılacaq.
3 günlük tədbir dekabrın 16-da start götürəcək. Məqsəd qaçqınlara ev sahibliyi edən ölkələrə yardımlar üçün uzunmüddətli öhdəliklərin əldə edilməsidir.
Forumun təşkilatçıları Almaniya, Türkiyə, Pakistan, Kosta Rika, Efiopiya, Somali və digər ölkələrin tanınmış fiqurlarına qapılarını açacaq.
Dünyada 70 milyondan çox insan evindən digərdgin düşüb. Onların 25 milyonu vətəninə dönmə imkanından məhrumdur.
Qaçqınların 2/3 hissəsi Suriya, Əfqanıstan, Cənubi Sudan, Myanma və Somali kimi 5 ölkənin payına düşür.
Artıq beş ildir ki, qaçqın qəbuluna görə əksəriyyəti Suriyadan olmaqla 3.7 milyon qaçqına sığınacaq verən Türkiyə öndə gedir. Bu sırada daha sonra Pakistan, Uqanda, Sudan və Almaniya yer alır.
Qaçqınların 2/3 hissəsi 5 ölkənin payına düşür: Suriya (6.7 milyon), Əfqanıstan (2,7 milyon), Cənubi Sudan (2.3 milyon), Myanma (1.1 milyon), və Somali (0.9 milyon).
2018-ci ildə 70 milyon məcburu köçkündən yalnız 600 mini vətəninə qayııdıb.
92400 nəfər digər ölkələrdə yerləşə bilib.