Accessibility links

Qlobal səhmlər iki günlük itkilərdən sonra yenidən yüksəlib


Cümə günü iki gündür kəskin dəyər itirən səhmlər yüksəlməyə başlayıb. ABŞ-ın əsas birja indeksləri 1 faizdən çox artıb, lakin onlar mart ayının sonundan bəri ən böyük bir həftəlik itki ilə üzləşir.

Son iki gündə ən çox ziyan texnologiya və internet şirkətlərinə dəyib, amma onlar da cümə günü dəyər qazanıb. Apple şirkəti 2.7 faiz artaraq 220.18 dollara yüksəlib. Bundan əlavə istehlakçıya yönəlmiş şirkətlər də dəyər qazanıb. Belə ki, Apple şirkəti 3.8, Netflix isə 4.7 faiz artıb.

S&P 500 indeksi 37 bal, yəni 1.4 faiz yüksəlib. S&P hazırda sentyabrın 20-də əldə etdiyi ən son rekord yüksək göstəricisindən 5.6 faiz aşağıdadır.

Bankların dəyəri də artmağa başlayıb. Citigroup 2.4 faiz yüksəlib. Ötən ay korporasiyalara verilən vergi imtiyazları və artan faiz dərəcələri banklara daha çox gəlir əldə etməyə yardım edib.

Fond birjası sabitləşdiyi üçün istiqrazaların qiyməti azalıb.

Nyu Yorkda ABŞ xam neftinin qiyməti 0.6 faiz artaraq barelinə 71.43 dollar təşkil edib. Londonda da beynəlxalq standard sayılan Brent xam neftinin qiyməti 0.6 faiz artaraq barelinə 80.77 faiz təşkil edib.

Dolların dəyəri 111.94 yendən 112.17 yenə artıb. Avro isə 1.1594 dollardan 1.1548 dollara düşüb.

XS
SM
MD
LG